"Rəvan" Premyer Liqadan çəkilir

23.02.2013 | 4467 dəfə oxunub

Son turlar hakimlərin idarəçiliyindən narazı qalan "Rəvan" klubu şok addım atmaq qərarına gəlib. Stadium.az xəbər verir ki, paytaxt klubu çempionatdan çıxmaq qərarına gəlib. Bu haqda klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. Şirəliyev bildirib ki, artıq hakim səhvələrindən beziblər: "Əvvəllər də bizim oyunlarda komandamıza qarşı çoxlu kobud idarəçiliklər olub. Əksər vaxt buna etirazımızı bildirsək də, heç vaxt düşünməmişik ki, burda hakimlər qərəz nümayiş etdirib. Fikirləşmişik, hakim də insandır, səhv edə bilər. Ancaq artıq səbr kasamız daşıb. Deyək ki, ötən tur Orxan Məmmədov gənc hakim idi. Axı Elçin Məmmədov təcrübəli hakimdir. Onun gözü qarşısında top 3 metrdən rəqib futbolçunun əlinə dəyir, aşkar şəkildə “çərçivə”yə gedən topun qarşısı alınır. Ancaq təcrübəli referi saydığımız adam haqlı penaltimizi vermir. Buna göz yuma bilmərik. Artıq klubu Premyer Liqadan çəkməkdə qərarlıyıq. Sadəcə olaraq, çempionatın təqviminə ziyan vurmamaq üçün bu mövsümkü çıxışlarımızı davam etdirəcəyik. Ancaq növbəti mövsümdən “Rəvan” Premyer Liqada mübarizə aparmayacaq. Bu, qəti qərarımızdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail