"Rəvan" "Qarabağ" önünə 2 itki ilə çıxacaq

21.02.2013 | 4321 dəfə oxunub

Sabah Topaz Premyer Liqasında XXI tura start veriləcək. Stadium.az xəbər verir ki, "Rəvan” futbol klubu saat 15:00-da "Bayıl Arena”da başlayacaq oyunda "Qarabağ”ı qəbul edəcək. "Rəvan" bu gün 1 saata yaxın davam edən məşqlə oyuna hazırlığını başa vurub. Son məşq olduğundan baş məşqçi Ramil Əliyev futbolçuları elə də yormayaraq sadə tapşırıqlarla kifayətlənib. Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular qısa ötürmələr üzərində işləyib, meydanın yarı hissəsində "kvadrat” oynayıb, qapıya zərbələr üzərində çalışıblar. Düşərgədə zədəli futbolçu yoxdur, amma əsas heyətin 2 üzvü cəzalı durumdadır: Samuel Barlay və Nuran Qurbanov ötən oyunda sarı vərəqə limitini doldurduğundan bu matçı buraxmalı olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail