"Avrokuboklardakı uğurumuzun davamını gətirmək istəyiriksə..."

19.02.2013 | 5123 dəfə oxunub

“Neftçi” PFK-nın vitse-prezidenti Tahir Süleymanov klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, klub rəsmisi deyib: “Xarici şirkətlərlə anlaşmamıza əsasən “Neftçi” PFK-nın ev oyunlarında futbolçuların fərdi göstəriciləri hesablanaraq klubumuza təqdim ediləcək. İlk olaraq bizim sifarişimizə əsasən AZAL-“Neftçi” matçında AZAL rəhbərliyinin icazəsi ilə stadionda müvafiq kameralar quraşdırılaraq futbolçuların fiziki aktivliyi müəyyənləşdirildi. Bu məlumatların əldə olunması həm klub rəhbərliyi, həm məşqçilər heyəti, həm də futbolçuların özləri üçün çox önəmlidir. Futbolçuların fərdi hazırlıq səviyyəsini göstərən bu üsul Avropada geniş şəkildə tətbiq olunur. Əgər biz bu gün avrokuboklardakı uğurumuzun davamını gətirmək və futbolçularımızın legioner həyatı yaşamasını istəyiriksə belə məsələlərə həssas yanaşmalıyıq. Qeyd edim ki, futbolçular özləri də bu sistemin tətbiqini böyük maraq və razılıqla qarşıladılar.”   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail