Rəqibi təhqir edən "İnter"li futbolçu 3 oyunluq cəzalandı

19.02.2013 | 3341 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib: 

16 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Xəzər Lənkəran” – “Turan” oyunun 78-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 19 №-li futbolçusu Fuad İsmayılzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimı olunur (maddə 37.1).
11 fevral 2013-cü il “Azercell U-17 Liqa”nın “İnter” – “Gənclik” matçının 59-cu dəqiqəsində “İnter” klubunun 7 №-li futbolçusu Bilal Qəmbərov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
11 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın “Turan” – “Simurq” matçının 31-ci dəqiqəsində “Turan” klubunun 3 №-li futbolçusu Ömər İsgəndərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 36-cı dəqiqəsində “Simurq” klubunun 20 №-li futbolçusu Xəlil Xəlilli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 78-ci dəqiqəsində “Simurq” klubunun 7 №-li futbolçusu Ruslan Muradov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
15 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın ROİL – “Turan” matçında “Turan” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
16 fevral 2013-cü il "Kapital Bank U-15 Liqa"nın AZAL – “Qarabağ” matçının 50-ci dəqiqəsində “Qarabağ” klubunun 8 №-li futbolçusu Camal Camalov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
Oyunun 50-ci dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Asif Əlizadə hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanır (maddə 42.4).
Oyunun 70+1-ci dəqiqəsində AZAL klubunun baş məşqçisi Mehman Babayev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanır (maddə 42.4).
U-11 liqasında çıxış edən “Xəzər-92” klubunun futbolçusu Samir Allahverdiyevin saxta lisenziya ilə iştirak etdiyi aşkar edilmişdir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir(maddə 51).
09 fevral 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Abşeron” – “Titan” matçının 25-ci dəqiqəsində “Abşeron” klubunun 44 №-li futbolçusu Namaz İsmayılov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
10 fevral 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Disput” – “İnci” matçının 23-cü dəqiqəsində “Disput” klubunun 6 №-li futbolçusu Rüfət Fərzəliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
10 fevral 2013-cü il Futzal üzrə Azərbaycan I Divizionunun “Çevik” – “Ağdaş” matçının 38-ci dəqiqəsində “Ağdaş” klubun meydanı tərk etdiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 53).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail