“Rəvan” 100-ə çatdı

19.02.2013 | 4350 dəfə oxunub

Topaz Premyer Liqasının XX turu çərçivəsində baş tutan "Kəpəz” - "Rəvan” oyunu bir sıra əlamətdar məqamlarla yadda qalıb. Stadium.az klubun rədmi internet saytına istinadən xəbər verir ki, "Rəvan" 2012-ci il oktyabrın 21-dən bəri ilk səfər qələbəsini bayram etməsi və bununla 118 günlük həsrətə son qoyması ilə əlamətdar olan matçda əsas nüans yubileylə bağlı olub.

Belə ki, "Rəvan” Azərbaycan çempionatı çərçivəsində 100-cü oyununu keçirib. Qeyd edək ki, bura ölkə kubokunun oyunları daxil deyil. Söhbət yalnız I divizion və Premyer Liqa görüşlərindən gedir. 2009-cu ildə yaranmış komanda I divizionda keçirdiyi ilk 2 mövsümdə 48 oyuna çıxmışdısa, elitada artıq 52 matçda iştirak edib. Yubileyi qələbə ilə "yuyan” "Rəvan”ın bu matçların 46-da qələbə əldə etdiyini də vurğulayaq. Yerdə qalan 54 oyunda 22 heç-heçə və 32 məğlubiyyət qeydə alınıb. Topların fərqi isə 145:112-dir.

Cari mövsüm 2-ci dəfə ardıcıl 2 "quru” qələbə əldə edən komandanın litvalı yarımmüdafiəçisi Mindauqas Kalonas isə "Rəvan” forması ilə Premyer Liqada debütdəcə ardıcıl 2 oyunda fərqlənən ilk futbolçu oldu. Ümumiyyətlə, Premyer Liqada qollu seriya baxımından klubun rekordçusu Nemanya Vidakoviçdir. Serbiyalı futbolçu ötən mövsümün son 3 oyununda "Kəpəz”, "Simurq” və "Sumqayıt”ı məyus etmişdi.

Mövsümün ilk yarısını "Bakı”da keçirdikdən sonra komandaya geri dönən Ramazan Abbasov 2012-ci il aprelin 28-dən bəri "Rəvan”da ilk qolunu vurdu. Bununla da o, çempionatda 294 gündən sonra "Rəvan” forması ilə qola sevinmiş oldu. Maraqlıdır ki, o, komandada bundan öncəki son qolunu da məhz "Kəpəz”ə vurmuşdu. Başqa sözlə, "Rəvan”ın Gəncə təmsilçisini üstələdiyi oyunların hər ikisində Abbasovun xüsusi rolu olub.

"Kəpəz”lə oyunun 87-ci dəqiqəsində meydana çıxan Ayaz Mehdiyev isə Premyer Liqada "Rəvan” forması geymiş 50-ci futbolçu oldu. Bu baxımdan Miloş Zeçeviçlə Samuel Barlayın hamıdan öndə olduğunu da bildirək: legionerlər 47 Premyer Liqa görüşündə meydana çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail