Asif Məmmədov: “Mənə qarşı haqsızlıq edilir” Müsahibə

18.02.2013 | 6604 dəfə oxunub

“İnter” qış fasiləsindən qayıdan kimi ilk oyundaca səfərdə “Xəzər Lənkəran” üzərində inamlı qələbə qazandı – 2:3. Meydan sahiblərinin qapısına vurulan qollardan birinin də müəllifi “İnter”in hücumçusu Asif Məmmədov oldu. Daimi olaraq stabil oyunu ilə seçilən Məmmədovun qolu olduqca baxımlı və gözəl alındı deyə bilərik. Təkcə vurduğu qola və qazandıqları qələbəyə görə deyil, “İnter”haqda məlumat alamaq üçün Asif Məmmədovla söhbətləşdik.

– Başlayaq elə “Xəzər Lənkəran”la oyundan. Çox gözəl futbol sərgiləyib layiqli qələbə qazandız...

– Bu oyuna çox ciddi hazırlaşmışdəq. Antalyada təlim-məşq toplanışında da olanda bütün diqqətimiz ancaq bu oyunda idi. Ordakı yoldaşlıq görüşlərində də ancaq “Xəzər Lənkəran”a qarşı oynayacağımız taktika ilə oynayırdıq. Məncə bu komandaya qar.ı çox yaxşı hazırlaşmışdıq və layiqli qələbə də qazandıq. Yəni əziyyətimizin bəhrəsini gördük.

– “Xəzər Lənkəran” bu oyunda meydana hansı taktika ilə şıxacağını necə müəyyənləşdirmişdiz?

– Bizə məlum idi ki, rəqibimiz meydana 4-4-2 taktiki düzülüşü ilə çıxacaq. Buna uyğun da hazırlıq görmüşdük. Məşq prosesslərimiz də məhz bu 4-4-2-yə qarşı hesablanmışdı, hazırlığımız yəni. Əsas o idi ki, onların meydana hansı sxemlə çıxacağını bilirdik. Digər tərəfdən, “Xəzər Lənkəran”ın o qədər də çox futbolçusu yoxdur, təxmini olaraq bilirdik ki, meydana hansı futbolçular çıxacaq və onlara qarşı necə oynamaq lazımdır. Məşqçimiz hər şeyi götür-qoy etmişdi və məncə də analizi düz idi ki, nəticə bunu doğuladı.

– “Xəzər Lənkəran”ın ağır gülər yaşaması işinizə yaradımı?

– “Xəzər Lənkəran” nə qədər pis vəziyyətdə olsa da, həmişə doğma meydanda yaxşı mübarizə aparırlar. Deməzdim ki, biz “Xəzər Lənkəran”ın pis vəziyyətindən istifadə etdik, əksinə, “İnter” bu qarşılaşmada daha yaxşı oynadı.

– “Xəzər Lənkəran”la oyunda qəşəng qol da vurdun...

– Hər oyunda qol vuracağımız gözləyirəm, bu oyun da istisna deyildi, amma bu qədər gözəl qol olacağını düşünməmişdim.

– Zərbədən əvvəl ağlına nə gəldi ki, ötürmə əvəzinə məhz qapını düşündün?

– Heç bir futbolçu qapıya boş yerə zərbə vurmaz. Videoda təkrarına da baxanda görünür ki, mən qopu birbaşa qapıya vururam.

– Qoluna kölgə salmayaq, amma qapıçının bir balaca önə çıxması da işinə yaradı...

– Elə buna görə qapıya zərbə vurdum da. Baxdım ki, qapıçı qapıdan bir balaca qabağa çıxıb, buna görə də onun səhvini bağışlamadım.

– Mətbuat bir qayda olaraq “İnter”i yaxşı – baxımlı futbol sərgiləməməkdə günahlandırır, amma “Xəzər Lənkəran”la oyunda, “Neftçi”ylə qarşılaşmanın ikinci hissəsində çox yaxşı futbol sərgilədiz. Bunu niyə daim etmirsiz?

– Məncə “İnter” daimi olaraq baxımlı futbol sərgiləyir və buna çalışır. Biri var lap yaxşı alınsın, biri də var sadəcə yaxşı. Hər oyunda da bir tempdə oynamaq olmaz axı. “Xəzər Lənkəran”la evdəki oyunumuz da çox qəşəng və baxımlı alınmışdı. Elə oyunlar var ki, həmin qarşılaşmalara maraq az olur, stadiona azarkeş və mətbuat nümayəndələri olduqca az gəlir, televiziyadan baxan olmur. Buna görə də düşünürlər ki, “İnter” maraqsız futbol sərgiləyir, amma belə mərkəzi qarşılaşmalarda hamının gözü matça yönəldiy üçün, yaxşı oynadığımızı düşünürlər. Bizim hər oyunumuzda minumum 6-7 qol vəziyyətimiz olur. Pis oynasaq bu qədər şansı necə yaradırıq? Jurnalistlər də sual verirlər ki, bu qədər qol vəziyyətindən niyə istifadə edə bilmirik. Biz hücuma meyilli oynamasaq, hər oyunda 6-7 yüz faizlik qol şansımız olmaz axı.

– “Xəzər Lənkəran”la oyununuz göstərdi ki, hazırlığınız yaxşı keçib. Səncə tam olaraq hazırlaşa bildizmi çempionata?

– Mən ilk dəfə idi ki, bu qədər – 25 gün xaricdə təlim-məşq toplanışında olurdum. Gündə iki dəfə məşq edirdik. Düşünürəm ki, baş məşqçimiz bizi son dərəcə yaxşı hazırlaya bildi. Bunun da bəhrəsiydi ki, ilk oyunda səfərdə “Xəzər Lənkəran” kimi komandaya 3 top vurub qələbə qazandıq. Məncə bu təlim-məşq toplanışından çox yaxşı istifadə etdik. İnşallah bəhrəsini də gələcək oyunlarda görəcəyik.

– Çempionatdakı hədəfiniz nədir?

– Konkret hədəfimiz çempionluq və kuboku qazanmaqdır. İstəyirik qızıl dubl edək. Bu hədəf bizə çempionat başlamamışdan qabaq deyilib.

– Bu yolda əsas rəqibləriniz hansı klublardı?

– “Altılıq”da olacaq bütün komandalar elə əsas rəqibdir. Həqiqətən də çempionat elə keçir ki, hansısa komandanı digərindən fərləndirmək olmur. Həqiqətən də fərqləndiriləcək bir komanda yoxdur.

– Hazırkı duruma görə zəif cəhətinizi deyə bilərsən?

– Hər bir komandanın zəif cəhəti olur. Biz də çalışırıq ki, bunu aradan qaldıraq. Hazırlıq dönəmində bütün planlar üzrə işlədik, amma bizim əsas problemimiz çox qol vəziyyəti yaradıb, bundan istifadə edə bilməməkdir. Çalışdıq ki, bunu aradan qaldıraq. Bunun üzərində daha çox işlədik. Biri var oynamayıb qol vura bilməyəsən, biri də var çoxlu qol şansından yararlanmayasan.

– Sən üzə çıxandan bəri artıq neçə illərdik ki, daimi olaraq bir formada qalırsan, yəni stabil oynaya bilirsən. Bilmirəm nədən, ancaq hələ də millinin qapısı üzünə bağlı qalıb...

– Mən də bilmirəm nədəndir. Avroliqa oyunlarından tutmuş, elə indiyə kimi bütün oyunlarda meydana çıxmışam, heç vaxt da pis futbol sərgiləməmişəm. Elə oyunçular var ki, heç oynamırlar, nəninki oynamaları, klublarının adı bilinmir, amma milli komandaya dəvət alırlar. Düşünürəm ki, bu mənada mənə qarşı haqsızlıq edilir. Bu də mənə maraqlıdır ki, niyə belə edir. Bəlkə heç millinin baş məşqçisi Berti Foqts məni tanımır, yanındakılar da xəbər etmirlər...

– Nə yaxşı milliyə gedən komanda yoldaşlarına səni Foqtsun yadına salamaların xahiş etməmisən?

– Yox, onlara elə söz deməmişəm. Amma milliyə gedən komanda yoldaşlarım mənə deyir ki, millidə oynayanların heç birindən zəif deyiləm. Hətta komandamızdakı legionerlər də məndən bu barədə soruşurlar. Düzünü desəm, artıq bununla barışmışam. Daha düşünməmürəm ki, məni milliyə çağıralar. Əsas odur ki, klubda dimi olaraq oynayıram. Milli komanda hər bir futbolçu üçün əsasdır, amma mənim yolum deyəsən ora bağlıdır. Buna görə də, bütün diqqətimi kluba yönəltmişəm. Çağırmırsa, neyləməliyəm, bununla barışmalyam.

– Bu barədə Kaxaber Tsxadadzenin səninlə söhbəti olub?

– Yox, olmayıb.

– Bəs səninlə danışıb heç, səni necə qiymətləndirir?

– O məşqçidə elə bir xasiyyət yoxdur ki, hansısa futbolçunu tərifləsin, amma mənə inanır ki, bütün oyunlarda meydana buraxır. Həmişə bir sözü var, “oynamaq lazımdır” deyir. Mən də əlimdən gələni edirəm ki, onun etimadını doğruldum.

– Sən onu məşqçi kimi necə dəyərləndirərdin?

– Kaxa Azərbaycanda olan ən yaxşı məşqçilərdən biridir. O adam futbolla yatıb, futbolla durur. Hamı gedir istirahətə, amma Tsxadadze klubun bazasına gələrək oyunların video yazılarına baxır, yeni nəsə axtarır-tapır və bizə başa salır. Hətta tam əminliklə deyə bilərəm ki, Kaxaber Tsxadadze Azərbaycanda işləyən ən yaxşı legioner baş məşqçidir.

Söhbətləşdi: ELNUR, Het-trik  news



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail