"Komandama yardımçı olmaq istəyirəm"

18.02.2013 | 5195 dəfə oxunub

Məşq prosesində zədələnməklə, uzun müddətə sıradan çıxmış "Kəpəz"in futbolçusu Emin Əliyev hazırda özünü yaxşı hiss edir. Stadium.az xəbər verir ki, gənc futbolçu durumu ilə bağlı klubun saytına açıqlama verib: "Bildiyiniz kimi, topuq oynağımda iki yerdən sınıq və bağımda qopma vardı. Sağ ayağıma gips qoyulmuşdu. Ötən həftə həkimlər gipsi açdılar. Zədəm yavaş-yavaş yaxşılığa doğru gedir. Sınıq hissələrdə elə bir problem qalmayıb. Amma əzələlərim tam bərpa olmadığından hərdən yüngül ağrılar olur. Həftənin sonuna kimi məşqlərə başlamalıyam".

Hazırda müalicəsini davam etdirən yarımmüdafiəçi futbol oynamaq üçün darıxdığını bildirib. Əliyev komanda yoldaşlarına meydanda kömək etmək istədiyini vurğulayıb: "Zədə hər bir futbolçunun, idmançının üz-üzə qalacağı problemdir. Bundan sığortalanmaq mümkün deyil. Şükürlər olsun ki, hər şey geridə qalıb. İndi əsas istəyim tezliklə meydana qayıtmaqdır. Məşq edib, gücümü bərpa etməliyəm. Forma yığdıqdan sonra oynaya biləcəyəm. Futbol üçün darıxmışam. Oynamaq, komandama yardımçı olmaq istəyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail