"Rəvan" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq

18.02.2013 | 4235 dəfə oxunub

"Rəvan” futbol klubu birgünlük istirahətdən sonra yenidən bir araya gəlib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komanda Topaz Premyer Liqasının XXI turu çərçivəsində fevralın 22-də "Qarabağ” ilə keçiriləcək növbəti oyun üçün hazırlıqlara başlayıb.

Bu gün baş tutan məşq əsasən bərpa xarakterli oldu. Bu səbəbdən "Kəpəz”lə matçda əsas heyətdə yer alanlar ayrıca çalışdı. İstisna kimi Nuran Qurbanovla Samuel Barlayı göstərmək olar ki, onlar da "Qarabağ”la görüşdə cəza səbəbi ilə oynaya bilməyəcək. Məşqə isinmə hərəkətləri ilə başlayan futbolçular yüngül çalışmalarla hazırlığı davam etdirdi. Ardından qapıya zərbələr üzərində çalışan komanda üzvləri meydanın yarı hissəsində "kvadrat” oynamağa da imkan tapdı. Məşqin sonunda isə baş məşqçinin istəyi ilə futbolçular cərimə zərbələrinin yerinə yetirilməsinə xüsusi diqqət ayırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail