Slavço Georgiyevski: "Neftçi" ilə oyunda qələbə qazanmağa çalışacağıq" Müsahibə

18.02.2013 | 4356 dəfə oxunub

“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski klubun rəsmi internet saytına verdiyi müsahibədə “Qəbələ”(2:1) ilə keçirilən oyunu şərh edib və digər suallara cavab verib. Stadium.az həmin müsahibəni təqdim edir: 
 
-“Qəbələ” ilə keçirilən matç çox çətin oldu, ancaq buna baxmayaraq komanda qələbə əldə etməyi bacardı. Bu qarşılaşma barədə fikirlərinizi bilmək istərdik.
-“Qəbələ” çox yaxşı komandadır və bizimlə oyunda güclərini bizə göstərdilər. Lakin düşündüyümüzü həyata keçirə bildik. “İnter” vəziyyətlərindən istifadə etdi və layiqli qələbə qazandı. İkinci hissədə biz yaxşı oynadıq, fasilədən sonra biz qonaqlara hər hansı bir şans vermədik.
 
-İlk hissənin gedişində “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze oyun sxemini dəyişdi. Belə ki, 5 müdafiəçilə oyuna başlayan komandamız artıq birinci hissənin gedişində 4 futbolçuyla ənənəvi müdafiə xətt oyununa keçdi. Bilmək istərdik, bu dəyişiklik komandanın oyununa necə təsir göstərdi?
 
-Hər şey çox sadədir. Bizim baş məşqçimiz var, hansı ki, bizim necə oynamağımıza o qərar verir, oyununun gedişində oyun sxemini dəyişdirir və futbolçular da onun düşündüklərini reallığa çevirməlidirlər. “İnter”in heyətində müxtəlif taktiki sxemlərlə hərəkət etməyi bacaran kifayət qədər məharətli futbolçular var. Ümumilikdə, hesab edirəm ki, biz rəqibdən daha yaxşı görünürdük və layiqli olaraq növbəti üç xalı qazandıq. 
 
-“Xəzər-Lənkəran”la səfər matçından sonra verdiyiniz müsahibələrinizin birində qeyd etmişdiniz ki, rəqib komandanın çalışdırıcısının və oyunçularından birinin KİV-ə dedikləri sözlər sizə müəyyən motivasiya vermişdi. Maraqlıdır, bəs “Qəbələ” ilə matçda sizə motivasiya verən nə oldu?
 
-Bu dəfə bizə turnir cədvəli motivasiya verdi. Axı indiki vəziyyətdə bizim üçün hər xal vacibdir. Bizə xal toplamaq lazımdır ki, özümüzü daha yaxşı hiss edək. Cari mövsümdə turnir cədvəli çox sıx görünür və belə vəziyyətdə hər qazanılan xalın qiyməti daha böyükdür. 
 
-Artıq gələn turda “İnter”i “Neftçi”lə qarşı çətin oyun gözləyir. İlk dövrədə keçmiş komandanıza qarşı oynaya bilmədiniz, ancaq bu dəfə meydançaya çıxa biləcəksiniz. Bilmək istərdik, çempionatın liderlərinin qarşıdakı oyunu barədə nə düşünürsünüz?
 
-İndi bizi kiçik istirahət gözləyir. “Qəbələ” ilə çətin matçdan sonra dincəlməliyik, sonra “Neftçi” ilə oyuna hazırlaşmağa başlayacağıq. “Neftçi” ilə matça maksimal dərəcədə konsentrasiyayla yanaşmaq lazımdır. Bu oyun hər iki komanda üçün çox çətin və azarkeşlər üçün çox maraqlı olacaq. Biz növbəti üç xalı qazanmağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail