Elçinlə Xaqaninin kələyi, Kamran əfəndinin də fələyi...

18.02.2013 | 3627 dəfə oxunub

Ramin Musayevin başçılıq etdiyi Premyer Liqada olmayacaq hadislərin yaşanması adət halına çevrilib. Daha bir belə olay da sizi təəccübləndirməməlidir. Premyer Liqanın 19-cu turunda keçirilənBakı” – “Sumqayıtqarşılaşmasında da maraqlı hadisə yaşanıb. Deməli belə...

Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri qalmaq üçünBakının prezidenti Hafiz Məmmədovdan kömək istəyib. Deyilənlərə inansaq, Hafiz müəllim Xaqaniyə adına layiq davranmayıb. Məmmədov Xaqan kökənli sözdən adı qoyulan Xaqaniyə üz

göstərməyib. HK sədri vəziyyətin çıxılmaz olduğunu görübBakının balaca prezidentləriyıə danışıb. Onlar daSumqayıtla oyunda lazım gələrsə Xqanin köməyindən istifadə edəcəkləri halda ona yardım edəcəklərinə söz verib. Necə deyərlər, “əl əli yuyar, əl üzüməsəlinə həyata keçirməyə çalışıblar. Xaqani Məmmədov daBakının sevimliçocuğuolan Elçin Məmmədovu oyuna təyin etdi. Amma mərdimazarı axtarmaqla deyil ki, özü səni tapacaq.

Hadisədən xəbər tutanSumqayıtın prezidenti Kamran əfəndi (soyadını bilmirəm), başqanı olduğu klubu yaradan, havadarı sayılan AFFA-nın baş katibi Elxan Məmmədovu matça dəvət edib. Fikirləşib ki, Elçin Elxanın gözü

qabağındatullanıb düşməz”. Həqiqətən , düz fikirləşmişdi. Bir neçə məqamda referi Elçin Məmmədov tərəddüd içində qalmışdı. Gah çönüb Elxan Məmmədov olan, gah daəks tərəfdə qərar tutanBakının vitse-prezidenti Zeynal Məmmədova baxırdı. Necə deyərlər, aşağı baxıram saqqal, yuxarı baxıram bığ. İndi hansını kəsib atasan? Elçin bu məntiqlə oyunu heç-heçəyə çəkdi bu istəyinə bail oldu. Arada isə qazananSumqayıt”, itirən isəBakıyla Xaqani Məmmədov oldu. Çünki onlar bu oyun üçünBplanı hazırlamamışdılar. Həqiqətdə isə hər zamanBplanə olmalıdır.Baş verəcək hadisələrin gedişi düzgün analiz edənSumqayıtbaşqanı Kamran əfəndiyə isı yekə birBRAVOdüşür. Kişi həqiqətən , ağıl işlədərək böyük uzaqgörənlik edibmiş...

"Het-trik news"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail