Ramin Musayev: “Məndən olsa, Babək Quliyev bu gün hakimliyə qayıdar” Müsahibə

“Futbolla məşğul olanların 99 faizi kişi xeylağıdır, amma 70 faizi arvad kimi söz gəzdirir”

18.02.2013 | 6228 dəfə oxunub

Ramin Musayevlə müsahibə üçün söhbətləşməyi konkretləşdirmişdim. Ona veriləcək bəzi suallarım vardı. Zəng etdim, danışdıq, vaxt təyin etdi, getdim PFL-ə. Bir stəkan çaya da qonaq etdi, daha doğrusu iki stəkan. Müsahibədən əvvəl şərt kəsdi ki, danışığını necə var, elə yazacam. Sözümün üstündə dururam, söhbətimizi olduğu kimi təqdim edirəm:

 - Ramin müəllim, çempionat fasiləyə necə yollanmışdı necə başladı?

 - Mən böyük dəyişiklik görmürəm. Güclü komandalar daha da güclənib, zəiflər zəifləyib. Ad açıqlamaq istəmirəm, amma bundan başqa heç görünmür.

 - Onda belə deyək, sizi hansı komanda təəccübləndirdi?

 - Hamısı məni təəccübləndirdi.

 - Yaxşı mənada?

 - Yaxşı mənada heç bir komanda məni təəccübləndirmədi.

 - Bəs əksi?

 - Elə hamısı.

 - Özünüz Antalyada idiniz. Sizcə fasilədə hansı komanda daha yaxşı hazırlıq keçdi?

 - Mən daha əvvəl demişdim yenə təkrar edirəm, hansı komandanın daha yaxşı hazırlıq keçdiyini bilmək üçün ən azı 3 tur gözləmək lazımdır. Başqa cür o komandaların hazırlığı barədə bir söz demək çətindir. İnşallah bu sualınıza 3- turdan sonra cavab verərərm.

 - Adətən klubların transfer siyasətini tənqid edirsiz. İndi vəziyyət necədir?

 - Hər şeyi olduğu kimi demək olmur, çünki klublar bunu başqa cür qələmə verir. Elə klub rəhbəri, elə baş məşqçi var ki, deyir transferi yayda edəcəm. Mən bunun əleyhinəyəm. Bu sözlərim Avrokuboklarda iştirak edən klublara aiddir. Yayda transfer olunan futbolçular komandaya normal uyğunlaşıb xeyir verə, öz sözlərini deyə bilmirlər. Niyə? Müddət qısadır deyə komandaya alışmır. Yeni gəlmiş, komandanın ab- havasına alışmamış futbolçunun özünü göstərməsi qeyri-mümkündür. Mümkündür, amma çox az hallarda. Bu hal o zaman baş verir ki, futbolçu daxili çempionatda oynayır, buranın ab- havasına bələd olur, başqa komanda da onu oğurlayır, alır, hansısa yolla heyətinə qatır. Bu zaman həmin oyunçuya heç problem olmur. Axı futbolçular bir- birlərini yaxşı tanıyırlar. Kənardan gəlib bir aydan sonra Avrokuboklarda meydana çıxıb komandaya xeyir versin? Mümkün deyil. Ancaq qışda alanda, futbolçu komandaya uyğunlaşır xeyir verə bilir. Bir məqama da toxunacam. Bəzi klublar narazılıq edir ki, niyə altılıqsistemi var altılıqoyunları qış transfer dönəminə kimi bitmir. Yəni deyirlər ki, “altılığa düşən komanda heyətni daha da gücləndirir. Yaxşı, sən bu il komandanı gücləndirmədin, bəs gələn il çempionata necə qatılacaqsan? Deməli yenə geri qalırsan, axsayırsan. Bu sənin komandandır, güclü klub saxlamaq fikrindəsənsə, onsuz da gücləndirməlisən. Deməli, transfer işləri düzgün aparılmayıb, məşqçin zəifdir.

 - Bizdə elə məşqçi var ki, komandaya aid lazımı bütün səlahiyyətlər ondadır?

 - Var, niyə ki...

 - Neçə barmağınızı qatdalaya bilərsiz?

 - (bir qədər fikirləşir, sanki ürəyində sayır) Üçünü dəqiq bilirəm. Sırf futbolçu seçimi baxımından deyirəm.

 - Transferlərdən söz düşmüşkən, hər altı aydan bir komandalar heyətlərinin az qala ya yarısını, ya da hamısını dəyişsinlər. Bu barədə düşünürsüz?

 - Belə götürəndə sağ olsunlar, düz edirlər, bizə xeyir verirlər. İnanın ki, bu xeyir bizə lazım deyil. 12 klubun, bizim AFFA- nın bir məqsədi olmalıdır ki, Azərbaycanda futbol inkişaf etsin ölkəmizdən kənarda da millətimizi sevindirək. Daxildəki uğurları nəzərdə tutmuram. Belə deyək, uşaq evdə tərbiyəlidir, söyüş söymür, amma küçəyə çıxan kimi başlayır söyüş söyməyə. Yaxşı olar ki, o uşaq evdə söysün, amma küçədə özünü mədəni aparsın. Fərqi yoxdur, hansı komanda gedir getsin, təki Azərbaycana şərəf gətirəcək uğur qazansın.

 - Çempionatda favoritiniz var?

 - Keç o biri suala...

 - Buna cavab vermək çətindir?

 - Sadəcə cavab vermək istəmirəm.

 - Klubların PFL-ə borcu çoxdur?

 - Verənlər var, verməyənlər .

 - Verənləri qoyaq bir kənara, verməyənlər hansı klublardı?

 - “Dembellər vermir, ammamolodoylar borclarını vaxtına ödəyir (gülür).

 - Ona görə onlaradembeldeyirlər. Başqa suala keçim. Sturuktur baxımından onun işi konkret sizə aid olmasa da, amma deyilənə görə Hakimlər Komitəsinin sərdi Xaqani Məmmədov vəzifəsindən gedir?

 - Xaqani Məmmədovun vəzifəsindən gedib-getməməsinin mənə heç bir aidiyyatı yoxdur. Soruşsalar deyərəm ki, getməsin.

 - Hansı keyfiyyətlərinə görə?

 - Sən istəyirsən getsin?

 - Mən sualı sizə verdim?

 - Bildim, indi mən sizə sual verirəm.

 - Axı mənim fikrim bu məsələdə heç nəyi dəyişməyəcək...

 - Sən de.

 - Axı desəm heç nəyi dəyişməyəcək...

 - Dəyişəcək.

Məndən olsa gedər (Ramin Musayevin inad etdiyini görən bəndəniz söhbəti uzatmamaq üçün suala cavab verirəm).

 - Niyə? Axı sən özün Antalyada hakimlərin toplanışında oldun, gördün orada?

 - Bütün işləri hakim Elçin Məmmədov aparır, Xaqani Məmmədov da fiqur kimi görünür.

 - Elçin Məmmədov orada ancaq təşkilatçılıqla məşğul idi. Özü , hər il Elçin Məmmədov olmur. Keçən il bu işi Fariz Yusifov yerinə yetirirdi.

 - Elçin Məmmədovun işindən razı qaldım, onu gətirin vəzifəyə, daha bir nəfərə artıq maaş verməyəsiz ...

 - Gəmi yolunu düz gedirsə, səbəbkarı kapitandır.

 - Bizdə başqa cürdür axı...

 - (sözümü kəsir) Sizi bilmirəm, bizdə belədir.

 - Mən ümumi olaraq nəzərdə tuturam...

 - Buyur.

 - Yaxşı bunu qoyaq kənara...

 - 1:0 mənim xeyrimə.

 - Bu sizə elə gəlir. Bayaq suala cavab verməyəndə artıq hesab açılmışdı mən öndə idim.

 - Mən razı deyiləm.

 - Bu da sizin fikirdi hörmətlə yanaşıram. Anar Niyazovun məsələsi yerdədir?

 - Bu sual da mənə aid deyil, Xaqani Məmmədovdan soruşun.

 - Anar Niyazov bizim qəzetə müsahibəsində deyib ki, onu hakimlikdən siz uzaqlaşdırmısız?

 - Bəs eşitmişəm qəzet sənindi?

 - Axı elə indi mənim yox, bizim qəzetimizdedim. Bir qədər diqqətli olun...

 - Biz deyəndə kimi nəzərdə tutursan?

 - Qəzetin sahibi İlqar Tağıyevi. Mən onunla dost olduğumdan, lazım olanda yaradıcılıq baxımından kömək edirəm.

 - Allah sizi mehriban etsin. Buyur.

 - Sağolun, amma Anar Niyazov sualına cavab vermədiz?

 - Bu onun şəxsi fikridir səhv düşünür.

 - Niyazov iddia edir ki, məsələ sizlik deyil, amma Rövnəq Abdullayevin onu bağışlamamasını Anara siz demisiniz.

 - Yalan deyir.

 - Hətta belə demişdi ki, Rövnəq müəllim hakimlərlə, heç Birinci Divizionla da maraqlanmır...

 - Rövnəq müəllim hər şeylə çox ciddi şəkildə maraqlanır. Hətta gənc hakimlərin adlarını bilir.

 - Rövnəq Abdullayevlə daimi ünsiyyətdə olan insansız...

 - (yenə sözümü kəsir) Onunla ünsiyyətdə olan insan təkcə mən deyiləm. Əgər hansısa işlər varsa, əvvəl çalışıram özüm həll edim. Həll edə bilməyəndə isə Rövnəq müəllimə müraciət edirəm. Hakimlik mənə aid deyil ki, bu barədə Rövnəq müəllimə müraciət edim. Hakimliklə bağlı ona AFFA- nın baş katibi Elxan Məmmədov müraciət edir cavabını da alır.

 - Anar Niyazovun məlum sms söhbətində yəqin ki, “Qaradağ Lökbatantərəfiylə söhbətiniz olub. Niyə onlardan sms-i oyundan qabaq sizə vermələrinin səbəbini soruşmadınız?

 - Onlara bu sözlər deyilib.

 - Cavabları oldu?

 - Dedilər, çatdıra bilməyiblər.

 - Siz inandız? Bir kəlmə sizə zəng edib nəsə deyə bilməzdilər?

 - Siz sual verdiz, mən cavablandırdım.

 - Hansı tərəfi haqlı sayırsız?

 - Heç bir tərəfi. Hək ikisinin səhvi var.

 - Bəs, niyə iki tərəf cəzalanmır?

Kim cəzalanıb ki?

 - Anar Niyazov daha hakimlikdə yoxdu.

 - Onu Xaqani Məmmədovdan soruşun.

 - Sizcə hakimlik edəcək?

 - Bilmirəm.

 - Keçmiş FİFA referisi Babək Quliyev sizin haqqınızda sərt açıqlamalar verməkdə davam edir...

 - İxtiyar sahibidir. Azərbaycanda demokratiya var, söz azadlığıdır. Kim onun səsəni alıb ki? O, şəxsi fikrini bildirir.

 - Amma günahsız yerə hakimlikdən uzaqlaşdırıldığını iddia edir.

 - Yenə deyirəm, bu onun şəxsi fikridir, özü bilər. Onun barədə qərarı mən verməmişəm, kim verib, ondan soruşun.

 - UEFA-da Babək Quliyevin olduğu qrupdakı bütün hakimlər indi Avropa Çempionlar Liqasının qrup mərhələsinin oyunların idarə edirlər. Ən azından elə bu mənada Babək Quliyev kimi istedadın qovulması Azərbaycan hakimliyinə bir zərbə olmadımı?

 - Gəlin o mərhələni qoyaq bir kənara. İndi fikrimi bildirəcəm. Ola bilsin ki, hərə bir cür qiymətləndirəcək. Azərbaycan hakimliyi Babək Quliyev kimi hakimi itirdi. Mən ölkə xaricində demirəm, amma ən azından ölkə daxilində yeniyetmə hakimlərin öyrənə biləcəyi bir müəllimi itirdi. Yəni o, çox gözəl hakim idi. Bizdə indi gənc hakimlər var, deyir Babək Quliyevin oyun idarə etməsinə baxıb, onda hakimliyə maraq yaranıb. Anar Niyazovun, Fariz Yusifovun, Vüsal Əlyevin adlarını çəkənlər var, eləcə Babəkin.

Bu yaxınlarda xaricdə yaşayan azərbaycanlı qonağımızla bir oyun izləyirdik. Sizi inandırım ki, çempionatda oynayan legioner futbolçuları səndən məndən çox o tanıyırdı. Həsəd apardım. O da Babək Quliyev haqda xoş sözlər dedi. Xarici karyerasını deyə bilmərəm. Çünki daha da irəli gedə bilərdi. İmkanı vardı, ingilis dilini bilirdi. Yaxşı oyunlar idarə edib, əla qiymətlər alıb. Mümkün idi ki, heç olmasınAllahın işin bilmək olmaz.

 - Sizcə oyundan sonra klub rəsmiləriylə danışan təkcə Babək Quliyevdir?

 - Niyə belə deyirsiz?

 - Axı Babəkin hakimlikdən getməsinə başqa səbəb göstərə bilmirsiz...

 - Harada yazılıb ki, Babək məhz buna görə hakimlikdən uzaqlaşdırılıb?

 - İctimaiyyətə belə açıqlanmışdı.

 - Kim demişdi?

 - Siz.

 - Axı mən elə söz deməmişəm.

 - Başqa səbəb var ki?

 - Hamısını yazacaqsan?

 - Əlbəttə!

 - Mən elə açıqlama verməmişəm. Heç vaxt deməmişəm ki, Babək Quliyev oyundan sonra klub rəsmisiylə danışdığı üçün hakimlikdən uzaqlaşdırılıb. Niyə göndərilib, vaxt qaytarılacaq, mənə dəxli yoxdur. Bunu edən adamlar var, gedin onlardan soruşun. Məndən olsa, Babək Quliyev bu gün hakimliyə qayıdar.

 - Oğlunuz Elvin MusazadəninQarabağa keçidi birmənalı qarşılanmadı.

 - Səmimiyyətimə inanırsız?

 - Yəqin ki.

 - “Xəzər Lənkəran” -  “Rəvanoyunundan sonra Elvin evə gəlib futboldan uzaqlaşdığını dedi. Mənim işçilərimdən soruşa bilərsiz, bu xəbəri eşidəndə sevincimin həddi- hüdudu yox idi. Qış fasiləsi zamanı ailədə planlaşdırırdıq ki, yeni ildən sonra xaricə bir yerə gedək. Elvin dedi ki, onun pasportun heç yerə verməyək, o getmir. Dedim niyə? Cavab verdi ki, gedir Türkiyəyə. Soruşdum xeyirdimi? Dedi Qurban müəllimlə danışıb, “Qarabağla Türkiyəyə təlim-məşq toplanışına gedir. Ata-oğul aramızda mübahisə oldu, hardasa məni başa düşdü, amma dedi ki, Qurban Qurbanova söz verib, getməlidir. And olsun bizi yaradana, söhbət bax belə olub.

 - Dediz ki, oğlunuz futboldan gedəndə sevinirdiz. Futbola bu qədər nifrət edirsiz?

 - Xeyr, futbola nifrət etmirəm, dedi-qodudan zəhləm gedir. Futbolla məşğul olanların 99 faizi kişi xeylağıdır, amma əfsuslar olsun ki, 70 faizi arvad kimi söz gəzdirir.

 - Mənim suallarım bu qədər, ürəyinizdən keçən başqa varsa, danışa bilərsiz...

 - İndi söz-söhbətlər gəzir ki, milli komanda niyə tez- tez toplanışlar keçirir. Milli komandanın döşündə kimin gerbi, bayrağı var? Azərbaycanındı, qurtardı getdi . İndi baş məşqçinin ixtiyarı yoxdur ki, ölkə  - milli naminə futbolçunu toplanışa bir-iki gün qabaq dəvət etsin? Bunu o qədər şişirdirlər ki.

 - Demişdim sonuncu sualımdır, amma Foqts həmişə sizdən narazıdır...

 - Onun ürəyində Almaniya bayrağı var, mənimkində Azərbaycan. Buna görə , hamımız milli naminə güzəştə getməliyik. İndi millinin səfərdə Lüksenburq doğma meydanda Portuqaliya ilə oyunu var. Hamımız milliyə dəstək olmalıyıq. Həmişə danışanda birlikdən danışırıq, amma əmələ qalanda ortada he çnə yoxdur. AFFA- nın qəşəng devizi var: Biz birlikdə güclüyük.

Söhbətləşdi: Vüsal BƏBİRLİ, Het-trik  news



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail