Droqba "Qalatasaray"da qol hesabını açdı!

15.02.2013 | 6008 dəfə oxunub

Türkiyə Superliqasının XXII turu çərçivəsində "Qalatasaray" bu dəqiqələrdə səfərdə "Akhisar Bələdiyyəspor"la qarşılaşır. Stadium.az xəbər verir ki, rəqibin müqaviməti ilə üzləşən "Cim-Bom" yalnız 68-ci dəqiqədə istəyinə çataraq, hesabı açıb. "Qalatasaray"ın qolunu isə yeni transfer Didye Droqba vurub.  Afrikalı forvard "sarı-qırmızılı" formadakı debütunu qolla qeyd edib. Özü də Droqba meydana daxil olduqdan cəmi 5 dəqiqə sonra fərqlənib. 63-cü dəqiqədə Umut Bulutun əvəzinə meydana daxil olan Didye 68-ci dəqiqədə komandasındakı ilk qolunu vurub. Afrikalı forvard başla rəqib qapısına yol tapıb.  

Əlavə edək ki, hazırda qarşılaşmada 73-cü dəqiqə oynanılır. "Qalatasaray" 2:0 öndədir. Droqbanın fərqlənməsindən 2 dəqiqə sonra Burak Yılmaz adını tabloya yazdırdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail