"İndi görünür ki, biz hansı gücdə olan rəqiblərlə qarşılaşmışıq və layiqli mübarizə aparmışıq”

15.02.2013 | 4065 dəfə oxunub

“Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyev komandasının Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin 1/16 final mərhələsindəki çıxışlarına münasibət bildirib. Stadium.az xəbər verir ki, "Neftçi"nin rəsmi internet saytına verdiyi açıqlamada Hacıyev "İnter"in turnirin favoriti olduğunu qedy edib: “Bizimlə eyni qrupda mübarizə aparmış “Rubin” və “İnter”in oyunlarını izlədim. Hər iki klub qazandıqları qələbə ilə yarışdakı iddialarını nümayiş etdirdilər. Qrupumuzdan növbəti mərhələyə vəsiqə qazanmış “Rubin” səfərdə “Atletiko” Madridi məğlub etdi. İspaniya komandasının gücündən danışmaq məncə artıq olar. Belə yarımmüdafiə və hücum xətti olan komanda “Rubin”lə görüşdə fərqlənə bilmədi. “İnter” də elə ilk oyunda cütün taleyini demək olar ki həll etdi. Bu həmin “İnter”di ki, “Neftçi” onunla səfər matçinda 2-2 hesablı heç-heçəyə nail olmuşdu. Hətta mən deyərdim ki, İtaliya təmsilçisi yarışın favoritidir. İndi soyuq başla müqayisə edəndə görünür ki, biz hansı gücdə olan rəqiblərlə qarşılaşmışıq və layiqli mübarizə aparmışıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail