“Futbolçu seçimi zamanı əsasən gənclərə üstünlük veririk” Müsahibə

14.02.2013 | 4497 dəfə oxunub

“Sumqayıt” Futbol Klubunun əvəzedicilərinin məşqçisi Mübariz Orucov klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, komandanın hazırlıq prosesindən danışan çalışdırıcı Sumqayıt şəhərində istedadlı uşaqların olduğunu da bildirib.

- Əvəzedici komanda çempionatın ikinci mərhələsinin hazırlıq prosesini necə başa vurdu?
- “Sumqayıt” FK-nun əvəzediciləri hazırlıq prosesini normal başa vurdu saymaq olar. Çempionatın ikinci mərhələsi üçün gündə iki dəfə olmaqla təlim-məşq toplanışına yığışdıq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyü yaxşı vəziyyətdə olmadığı üçün məşqlərimizi Masazırın Əlincə stadionunda və Bayıl Arenada keçirdik. Çətinliklərə baxmayaraq, imkanlarımızdan maksimum yararlanıb normal hazırlıq keçdiyimizi düşünürük. Təlim-məşq toplanışı zamanı bir neçə dəfə seleksiya xarakterli toplanışlar etdik. Fasilə zamanı heyəti demək olarki yenidən qurduq. Futbolçu seçimi zamanı əsasən gənclərə üstünlük veririk. Komandamız əsasən, 1994-cü il və 1995-ci il təvəllüdlü futbolçulardan qurulub. Transfer dövrü zamanı heyətə 6 futbolçu cəlb olundu. Bir neçə futbolçu da klubun akademiyasından sıralarımıza qatmışıq.

- İkinci mərhələnin ilk oyununda “Bakı”ya məğlub olduq...
- Bildiyiniz kimi, “Bakı Futbol Klubunun əvəzediciləri hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Buna baxmayaraq, komandamız rəqibdən üstün oynadı. Görüş ərzində kifayət qədər qol imkanları yaratsaq da, sonda təcrübəsizlik öz sözünü dedi. Ümumi götürsək, ilk oyunu qənaətbəxş saymaq olar. Sizə açıq deyirəm, gələcək üçün ümidlərimiz böyükdür. Heyətdə bəzi futbolçular var ki, onların yaxın vaxtlarda “Sumqayıt” FK-nun əsas komandasına və milli komandalara cəlb olunmasını düşünürük. Şəhərimizdə həqiqətən perspektivli uşaqlar çoxdur.

- “Sumqayıt” FK-nun əvəzedicilərinin çempionatdakı əsas məqsədi nədən ibarətdir?
- Mövsümün əvvəlində rəhbərlik qarşımıza perspektivli futbolçuları üzə çıxarmaq və onları əsas komandaya qazandıqmaq məqsədi qoymuşdu. Əlbəttə, kim istəməzki uğur qazanmasın? Amma “Bakı”ya məğlubiyyətdən sonra “altılıq” şanslarımız demək olarki qalmadı. Lakin Vaqif Paşayevin rəhbərliyi altında çempionatı daha yüksək pillələrdə tamamlamaq istəyirik.

- Necə düşünürsüz, mövsümün sonunda əvəzedici komandadan neçə futbolçu əsas komandaya cəlb oluna bilər?
- Klubumuzun düzgün yolda olduğunu deyə bilərəm. “Sumqayıt” Futbol Klubu əsasən gənclərə üstünlük verir. Məsələn, ötən mövsüm əvəzedici komandada yer alan Bəxtiyar Həsən-Alizadə, Aydın Qasımov və Aqşin Muxtaroğlu hazırda əsas komandanın üzvləridir. Son məşqdə isə Bernhard Raab əvəzedici komandanın iki üzvü – 1996-cı il təvəllüdlü Bayram Nuruzadə və 1997-ci il təvəllüdlü Fərid Kərimzadəni əsas komandaya cəlb edib. Düşünürəm ki, mövsümün sonunda əvəzedici komandadan əsas komandaya cəlb olunacaq futbolçuların sayı bir qədər də artacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail