"Çalışdıq onlara qarşı layiqli mübarizə aparaq"

14.02.2013 | 5545 dəfə oxunub

"Komandamızda yaxşı futbolçular var. Təcrübəlilərlə yanaşı, gənclər də heyətdə yer alıb. Baş məşqçimiz işi biləndir. Yaxşı məşqlər keçir". Stadium.az xəbər verir ki, bu fikirlər "Kəpəz"in qış transfer dövründə heyətinə qatdığı Pirkuli Saparova məxsusdur.

Qarşıdakı oyunlara hazırlaşdıqlarını və hər şeyin normal olduğunu söyləyən türkmənistanlı legioner klubun rəsmi saytına verdiyi açıqlamda komandaya kömək etmək üçün gəldiyini bildirib: "Komandamızın çətin durumda olduğunu bilirəm. Klubu düşdüyü vəziyyətdən çıxarmaq üçün canla-başla mübarizə aparacağıq. Çalışacağıq ki, uğursuzluğa son qoyub, turnir cədvəlində yuxarı pillərə doğru hərəkət edək. Allah qoysa, hər şey yaxın vaxtda yaxşı olar ".

Yarımmüdafiəçi çempionatımızda debüt etdiyi oyun haqda da danışıb. O, "Neftçi" ilə oyunu dəyərləndirib: "Rəqib bizdən güclü idi. Avroliqada oynamışq klubdur. Bizim komandamız isə yeni yığışıb. Uygunlaşma üçün müəyyən vaxt lazımdır. Çalışdıq onlara qarşı layiqli mübarizə aparaq. Amma bu hardasa alınmadı".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail