"Neftçi" iki əsas futbolçusundan məhrum oldu

14.02.2013 | 6907 dəfə oxunub

Premyer Liqanın dördüncü turundan təxirə salınmış oyunda səfərdə AZAL-a 1:2 hesabıyla qalib gələn "Neftçi"yə bu qələbə çox baha başa gəldi.  Stadium.az xəbər verir ki, Nikolas Kanalesin dubl etdiyi oyunda paytaxt klubu qələbə qazanaraq "altılıq"da olacağını rəsmiləşdirdi. Bunun qarşılığında isə iki əsas futbolçusunu itirdi. Qarşılaşmanın 22-ci dəqiqəsində zədələnərək məcburən yerini Elvin Yunuszadəyə verən müdafiəçi Tərlan Quleyin zədəsi olduqca ciddidir. Bu barədə əməkdaşımıza "Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Abbaszadə bildirib ki, Tərlanın ayaq bağlarından ciddi zədəsi var və onun hansı müddətə sıradan çıxmasına həkim müayinəsindən sonra aydınlıq gələcək.

Elə bu qarşılaşmada "Neftçi" daha bir  əsas futbolçusunu da itirdi. Oyunun 41-ci dəqiqəsində Bruno Bertucci zədələnərək Denis Silva ilə əvəzləndi. Gündüz Brunonun vəziyyətinin isə aydın olduğunu bildirdi. O nun sözlərinə görə, Bertuccinin körpücük sümüyü çartlayıb və brazliliyalı futbolçu ən azı ay yarım, iki ay yaşıl meydandanlardan kənar qalacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail