“Sumqayıt” FK “Qarabağ”la görüşə uğur qazanmaq üçün çıxacaq” Müsahibə

13.02.2013 | 8294 dəfə oxunub

Topaz Premyer Liqasının ikinci mərhələsinə “Bakı” heç-heçəsi ilə başlayan (1:1) “Sumqayıt” Futbol Klubu “Qarabağ”la qarşılaşmanın hazırlığına start verib. “Zolaqlılar”la görüşdə meydanda ən yaxşılardan olan Sabir Allahquliyev klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:


- Necə fikirləşirsən, “Sumqayıt” FK “Bakı” ilə qarşılaşmada iki xal itirdi, yoxsa bir xal qazandı?

- “Sumqayıt” Futbol Klubu ölkə xaricində hazırlaşmasa da, komandamızın paytaxtda yüksək səviyyədə təlim-məşq toplanışı keçdiyini düşünürəm. Beş həftəlik hazırlıq prosesində var qüvvəmizlə çalışıb Topaz Premyer Liqasının ikinci mərhələsinə start verdik. Uşaqlar “Bakı” FK ilə qarşılaşmada meydanda bütün güclərini sərf etdilər. Oyun etibarı ilə də rəqibdən üstün oynadıq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Düşünürəm ki, “Bakı” kimi komanda ilə qazanılan 1 xal bizim üçün önəmlidir.

- Vurulan qolda sənin əməyin böyük idi, yoxsa Orxan Əliyevin?

- Futbol komanda oyunudur. Meydanda hər kəs uğur qazanmaq üçün çalışmalıdır. Vurulan qolda hər ikimizin əməyi var. Həmin anda başımı qaldırıb Orxanın boş mövqedə qərarlaşdığını gördüm. O, da ötürməni layiqincə dəyərləndirdi.

- Komandaya yeni qoşulan futbolçular barəsində nə deyə bilərsən?

- Dövrələrarası fasilədə heyətə 4 futbolçu cəlb olundu. Biri qapıçı Tərlan Əhmədli olmaqla, Mirzağa Hüseynpur, Can Akgün və Eldar Cankişiyev məşqlərdə özlərini yaxşı tərəfdən göstərə biliblər. Lakin hazırlıq prosesinə nisbətən gec qoşulduqları üçün onlara müəyyən qədər vaxt lazımdır. Bir-iki qarşılaşmadan sonra yeni transferlər də komandaya tam uyğunlaşacaq.

- “Sumqayıt” FK-nu həftəsonu çətin “Qarabağ” səfəri gözləyir. Bu qarşılaşmada komandanın əsas məqsədi nə olacaq?

- “Qarabağ” Futbol Klubu Azərbaycan Premyer Liqasının ən güclü klublarındadır. Milli komandamızın əksər üzvləri bu klubun formasını geyinir. Lakin biz də heç kimdən çəkinmirik. “Bakı” ilə görüşdə bunu göstərdik. Oyunun bizim üçün çətin keçəcəyini bilirik. “Sumqayıt” Futbol Klubu “Qarabağ”la görüşə uğur qazanmaq üçün çıxacaq. Ən azından bu qarşılaşmada bir xal qazanıb “altılıq” şanslarımızı saxlamaq istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail