İnyesta: "Əminəm ki, Qvardiola "Bavariya"da da uğur qazanacaq"

12.02.2013 | 2872 dəfə oxunub

"Barselona"nın yarımmüdafiəçisi Andreas İnyesta Xosep Qvardiolanın "Bavariya"nın baş məşqçisi təyin olunmasına münasibət bildirib. Stadium.az xəbər verir ki, İnyesta keçmiş baş məşqçisinin yeni klubunda uğur qazanacağına inandığını qeyd edib: "Qvardiolaya görə çox şad oldum. Onun bu təyinatı həm özü, həm də futbol adına mühüm əhəmiyyət kəsb edir. Pep yeni komandasında da öz sistemini tətbiq etməyə çalışacaq. "Bavariya"nın heyətində bir neçə yüksəksəviyyəli futbolçular çıxış edir. "Bavariya"nın oyun sistemi bizim tərzimizə bənzəyir. Bizim kimi onlar da topu özlərinə saxlayaraq, hücum qurmağa çalışırlar. Pep hər zaman gücünün 100 faizini işinə sərf edir. Bu səbəbdən də yeni işində ciddi problemlə qarşılaşacağına inanmıram. "Bavariya"da görəcəyi iş sayəsində insaların hörmətini qazanmağa çalışacaq. Onun yeni iş yerində də uğur qazanacağına əminəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail