"Qəbələ"nin heyətində ilk nigeriyalı Statistika

11.02.2013 | 4057 dəfə oxunub

Topaz Premyer Liqasının XIX turunda “Qəbələ” 2013-cü ildə ilk rəsmi matçını keçirdi. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, öz meydanında “Qarabağ”la bərabərə qalan komandanın heç-heçəsiz oyunlar seriyası qırıldı. Belə ki, “Qəbələ” 1:1 hesabı ilə başa çatan görüşədək ümumilikdə 10, Premyer Liqada isə 9 oyun idi heç-heçə etmirdi. Sonuncu bərabərlik 112 gün öncə “Xəzər Lənkəran”la səfər matçında qeydə alınmışdı. Ötən il oktyabrın 21-dəki matç da indiki kimi 1:1 hesabı ilə başa çatmışdı.

- Son ev heç-heçəsi isə ötən il sentyabrın 29-da AZAL-la oyuna təsadüf etmişdi – 0:0. Həmin matçdan sonra “Qəbələ” öz meydanında 5-i çempionatda olmaqla 6 qarşılaşmaya çıxmışdı.

- Bu dəfəki heç-heçə Ramiz Məmmədovun rəhbərliyi altında 30-cu bərabərlik oldu. Bunların 26-sı çempionat, 4-ü kubokda qeydə alınıb.

- “Qarabağ”la matçda buraxılan qol isə yubiley xarakteri daşıyıb. Komanda tarixində 250-ci dəfə qol üzüntüsü yaşayıb. Bunların 14-ü I dəstə, 27-si Azərbaycan kuboku, 209-u isə çempionata təsadüf edib.

- XIX tur 7 futbolçunun ilk dəfə “Qəbələ” formasında meydana çıxması ilə əlamətdar oldu. Sloveniyalı Luka Jinko, seneqallı Mustafa Dabo, nigeriyalı İfeanyi Emeqara, serbiyalı Nikola Valentiç, rumıniyalı Kristian Pulhak və yerli oyunçular Ceyhun Sultanovla Amit Quluzadə yeni komandalarında debüt etdi.

- Bununla da “Qəbələ”nin tarixində şərəfini qoruyan oyunçuların ümumi sayı 148-ə çatdı. Belə ki, bu görüşədək 141 futbolçu klubun formasında rəsmi matlara çıxmışdı.

- Bu 148 oyunçudan 133-ü Premyer Liqada meydana çıxıb. 15-i isə I dəstə və ya kubokda oynasa da, güclülər dəstəsində oynamaq onlara nəsib olmayıb.

- Amit və Ceyhun komandanın 8 illik tarixində yerli futbolçuların sayını 81-ə çatdırıb. 5 legionerin debütü ilə isə əcnəbilərin ümumi sayı 67-yə çatıb. Bu 67 legionerdən 6-sı milliləşən olsa da, onlar əslən aid olduqları ölkə təmsilçisi kimi nəzərə alınıb.

- Valentiç komandada 6-cı serbiyalı oldu. Ona qədər Lyubo Baranin, Milan Antiç, Veseljko Trivunoviç, Milan Mainkoviç və Branimir Subaşiç də “Qəbələ”də oynamışdı.

- Kristian Pulhaka qədər komandada 2 rumıniyalı – Razvan Tarlea və Marius Humenike çıxış etmişdi.

- Jinko isə Deyan Kelhardan sonra 2-ci sloveniyalı kimi klub tarixinə düşdü.

- Mustafa Dabo da ölkəsinin 2-ci nümayəndəsidir. Onun həmyerlisi – digər seneqallı Viktor Mendi də indi də “Qəbələ”də top qovur.

- Emeqara isə klub tarixində ilk Nigeriya təmsilçisidir. Bu Afrika ölkəsi klubda futbolçu ilə təmsil olunan 28-ci ölkə oldu.

- 67 legioner 28 ölkəni təmsil edir: Gürcüstan – 9, Braziliya - 8, Rusiya, Serbiya – hərəsi 6, Ukrayna – 5, Moldova, Rumıniya – hərəyə 3, Hollandiya, Bolqarıstan, Qvineya, Türkiyə, Seneqal, Sloveniya – hərəsi 2, Argentina, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Polşa, Portuqaliya, Fil Dişi Sahili, Sierra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa və Nigeriya – hərəsi 1.

- Qol hesabını debüt matçında açan Luka klub tarixində qol vuran 75-ci futbolçu oldu. Daha 6 qol isə rəqib oyunçularının avtoqolu sayəsində mümkün olub.

- Bu 75 qol müəllifindən 37-si yerli, 38-i əcnəbidir. Jinko 38-ci legioner olmaqla buradakı tarazlığı pozdu.

- Luka Premyer Liqada “Qəbələ” formasında qol vuran 55-ci oyunçu oldu. Çempionatdakı qollardan 2-ci isə əcnəbilər hesabına mümkün olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail