Anar Niyazov: “Ramin Musayev deyir ki, Rövnəq Abdullayev məni bağışlamır” Müsahibə

11.02.2013 | 20185 dəfə oxunub

Son günlərdə birinci divizyonda hakimlik edən Anar Niyazovla bağlı xəbərlər səngimək bilmir. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov əvvəlcə deyirdi ki, Niyazov heç bir səhv etməyib, amma sonra danışmağa başladı ki, hakimlikdən ömürlük uzaqlaşdırılıb. MəlumQaradağ Lökbatan” – MOİK oyunundan sonrakı sms söhbətinə görə başı ağrıyan Niyazovun özüylə danışdıq.

Anar, bu barədə daha əvvəl müsahibə vermisən, amma istərdim bir daha bu sms söhbətinə ətraflı qayıdasan...

Bunu bir neçə dəfə izah etmişəm. Adil Mahmudovla həmişə zarafatlaşmışıq, bu dəfə elə oldu. Sabahı günü getdi MOİK- heç-heçə etdi, özünü qorumaq üçün bu sms söhbətini atdı ortaya.

Sms- yazmışdın?

Oyunun hakimi mən idim, sms- yazmışdım ki, sabah sənisürüyəcəm”. Yəni həmişəki söhbətlərdən idi .

Adil Mahmudov  sənə cavabı necə olmuşdu?

Heç yazmamışdı, çünki o da bilirdi ki, zarafatdı.

Onunla əvvəlki münasibətlərin necə olub?

Normal.

Sms-i bu qədər ictimailəşdirmək Adil Mahmudovun nəyinə lazım idi?

Çünki onu işdən çıxaracaqdılar. Bundan əvvəlki turda da meydandan qolsuz bərabərliklə ayrılmışdılar, bu oyunda da. Onun komandası birdə gedir, 0:0 etdiyi MOİK isə 9-cu sırada. Bu sms- özün sığortaladı. Hay-küy, bilim daha nələr...Hanı onların o klub prezidentləri? Deyirdilər onlarıyıxıb-sürümüşəm”. Amma oyunun video yazısına baxanda gördülərki hakim oyunu əla idarə edib. Bunlar necə namaz qılırlar, özlərini necə Allah adamı adlandırırlar, necə düzgünlükdən danışırlar axı? Heç baş açmaq olmur e. Bunu özlərinə cür sığışdırıb gəzirlər? Olmayan şeyi başqasının adına yaxıb, sonra necə gəzirlər axı? Adlarını da qoyublar namaz qılanMənə bax bu məqam çatmır e.

Bu barədə AFFA-dan səninlə kim söhbət etdi?

Xaqani Məmmədov. Mənə dedi ki, 2-3 tur dincəlim, sakitlik yaransın, sonra yenə təyinat alacam. İndi bax gör üstündən qədər vaxt keçib, amma ortada heç yoxdur.

Sonra Xaqani Məmmədova sual vermədin ki, niyə belə edir?

Ona sual verim e...

Bəs PFL-dən?

Ramin Musayevlə danışmışıq. Bu söhbəti müzakirə etmişik. O da bilir ki, mən Adil Mahmudovla zarafat etmişəm. Oyuna baxanda da görüblər ki, mənim heç bir səhvim olmayıb.

Günahın yoxdursa, onda sənə niyə oyun verilmir?

Bunların hamısı boş-boş söhbətlərdir . Elə başa düşürəm ki, bunlar məni istəmirlər, vəssəlam. Bu insanlar mənim hakimlik etməyimi istəmirlər.

Axi niyə?

Niyəsini bilmirəm.

Bəlkə onlara bir pisliyin dəyib?

İstəyirsən gedək Ramin müəllimin yanına, soruş ondan, gör nəsə məndən pislik görüb? Çox yaxşı da münasibətimiz var. Adamın başının üstündə Allah var, xətrimi istəyir.

Amma sənin dediklərinlə, onların səni hakimlikdən uzaqlaşdırmaq istəməsi düz gəlmir ...

Ramin Musayev mənə deyir ki, Rövnəq Abdullayev qoymur.

Axı Rövnəq müəllimin söhbətə aidiyyatı var?

Elə mən bunu fikirləşirəm ki, axı mənim o insana pisliyim dəyib? Dövlət çevrilişi etməmişəm, dövlətçiliyə qarşı danışmamışam. Rövnəq müəllim məni tanıyırmı, məndən xəbəri varmı, heç bilirmi ki, mənim kimi insan var, ya yox? Mən elə gəlir ki, bilmir.

Səncə birindi divizion Rövnəq Abdullayevə maraqlıdır?

Heç hakimliklə maraqlanır ki?! Mənə elə gəlir o insan heç hakimlərlə maraqlanmır. Nəinki hakimlərlə, heç futbolla da maraqlanmır. Futbolu tapşırıb  bunlara, bunlar da istəyirlər, edirlər. Hər şey göz qabağındadır da.

Bu olaydan sonra Adil Mahmudovla danışmısan?

qədər zəng etsəm , telefon zənglərimə cavab verməyib. Demişəm ki, gəlsin, beş nəfər ağsaqqal çağırsın, oturaq danışaq, amma gəlmir. Deyib ki, 3 penaltilərin verməmişəm. Mən kor olmuşam da, gözümü bağlayıb meydana buraxıblarmış, “qoyun kimi gəzirəmmiş” (gülür)...

Səni daha əvvəl hakimlikdən uzaqlaşdırmışdılar. Hakimliyə qayıtdığın üçün peşmansan?

Əlbəttə, peşmanam. Bilsəydim ki, belə edəcəklər, heç qayıtmazdım.

Bunu heç düşünməmişdin?

Yox. Əgər kimləsə düz söhbət edirəmsə, yalan danışmıramsa, inanmıram o da mənə yalan danışa. Axı onu buna vadar edə bilərBaşım çıxmır da. Bir şer var e, deyir nəyimi sevmisən, cavab verə bilmir, amma indi min eyib tapır. Deyir adım burda hallanır, orda hallanır. Deyirəm a kişi, sən bilirsənki yalan danışmıram. Durub gülür.

Kim, Ramin Musayev?

Əlbəttə!

Musayevin sənə son sözü oldu?

İndiyə kimi deyirdi Rövnəq Abdullayev qoymur, indi deyirə sən nələr etmisən”. Ona baxıb gülürəm, özü gülür. Deyir qəzetlərin hamısı məndən yazır. Kimsə arxasın qorumaq üçün ortaya nələrsə atıb, bəs Musayev niyə onun cavabını vermir? Ramin müəllim ona deməlidir ki, sms-i niyə oyundan qabaq gətirib göstərmirdilər.

Bunu Ramin Musayevin özünə demisiz?

, demişəm.

Cavabı necə oldu?

Deyir niyə sms yazmışam. Mən yazıb bir səhv etmişəm , bəs onlar niyə oyundan qabaq bunu ortaya çıxarmırdılar?

Xaqani Məmmədov Antalyada açıqlama vermişdi ki, səni hakimlikdən qovublar, amma Elçin Məmmədov bunu ona irad tutdu ki, rəsmi qərar olmadan belə deməsi düzgün deyil. Bundan sonra da Xaqani Məmmədov belə demədiyini söyləməyə başladı...

Bu barədə Elçin Məmmədovla danışmışam. Elçin deyir Xaqanidən soruşub, o da belə söz demədiyini söyləyib. Xaqani Məmmədova bir sualım var: Oyunda etdiyim səhvlərə görə məni hakimlikdən ömürlük uzaqlaşdırırsızsa, niyə Antalyaya getməmişdən əvvəl ANS- deyirdiz ki, hakim oyunu qaydalar çərçivəsində idarə edib? Televiziyada belə deyir, orda-burda da başqa şeylər. Hər şeyi özünüz edirsizsə, niyə bunu Rövnəq Abdullayevin üzərinə atırlar? Nağıl danışırlar da. Hamı hər şeyi yaxşı bilir, amma heç kim heç danışmır. Mən rəsmi qərarı gözləyirəm. Rəsmi qərar çıxsa, mən bilirəm edəcəm. Onda gərək hakim qalmasın ki, hamısın qovsunlar.

Rəsmi qərar niyə gecikir bəs?

bilim Vallah.

Qərar açıqlanmasa birinci divizionda hakimlik edəcəksən?

Yox. Mən birinci bivizionla qurtarmışam. Bu söz söhbət mənə maraqlı deyil, əgər məni Premyer Liqaya qaytarmasalar, heç bağışlamasalar da, hakimliyə qayıtmayacam.

Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail