“Cavid klub rəhbərliyinin fikrinə önəm vermədi və nəticə də göz qabağındadır” Müsahibə

10.02.2013 | 7851 dəfə oxunub

“Neftçi” də digər klublarımız kimi qış fasiləsini Antalyada keçirdi. 6 yoxlama oyunu keçirən son çempion 3 transfer rəsmiləşdirdi. Komandayla bağlı toxunulacaq başqa məqamlar da vardı. Araz Abdullayevin adı açıqlanmayan bir kluba, Cavid İmamverdiyevin isə KiyevDinamosuna transferi gündəmdə idi. Amma heç biri reallaşmadı. Bu kimi bir sıra məqamlara tam aydınlıq gətirmək üçün klubun vitse-prezidenti Tahir Süleymanovla söhbət etdik.

Tahir müəllim, artıq çempionata start verilib, amma əvvəlcə komandanın qış hazırlığı barədə danışaq. Sizi qane etdimi?

Məşqçilər korpusunun planına əsasən komandamız yanvarın 11-dən fevralın 3-ə kimi Türkiyədə təlim məşq toplanışında oldu. Deyərdim ki, toplanış çox səmərəli keçdi. Bizi sevindirən əsas məqam zədəli futbolçumuzun olmamasıdı. Yaganə üzücü məqam Kanalesin yüngül zədələnməsi idi. Amma o, artıq komandayla birgə məşqlərə qatılıb. Bahadır Nasimovun geri qayıtması bizi sevindirdi. Komandaya yeni qoşulan köhnə futbolçumuz Denis Silva, transferini həll etdiyimiz çilili Kabion sonda qapıçı Conni Leoni tam şəkildə komandayla hazırlıqlarını davam etdirirlər. Yoxlama oyunlarımız komandanın qaldığı otelin stadionunda baş tuturdu. Yeri gəlmişkən, hazırlıq qarşılaşmalarında qeydə alınan nəticələr önəmli olmasa da, qeyd edim ki, bu oyunlarda üç qələbə qazanıb, iki dəfə məğlub olduq. Bir dəfə isə qarşılaşma heç-heçə bitdi. Baş məşqçimizin dediyi kimi, komanda çempionata tam hazırdır.

Qeyd etdiniz ki, Bahadır Nasimov zədəsini sağaldaraq komandaya qoşulub. Nasimov əvvəlki formasından çox uzaqdır, yoxsa komandaya xeyir verə biləcək gücdədir?

Bahadır son çempionatın bombardiri idi. Uğursuz, özü çox ağır zədə almışdı. Yarım mövsümdən çox futbolsuz qaldı. O, həm Özbəkistan millisində yerini möhkəmlədən vaxt zədə aldı. Yaponiyaya qarşı çox gözəl futbol sərgiləmişdi. Onun zədə alması özünə , bizə təsirsiz ötüşmədi. Buna baxmayaraq, biz Nasimova hər cür şərait yaratdıq. Hətta Avroliqanın qrup oyunlarında futbolçuya mənəvi baxımdan dayaq olmaq üçün adını oyunların iştirak ərizəsinə saldıq. Əslində isə o, həmin vaxt oynayacaq gücdə deyildi. Artıq məşqlərə başlayıb, yoxlama oyunlarında oynadı inanırıq ki, ən qısa zamanda ideal formaya düşərək bizə kömək edəcək vəziyyətə gələcək.

Kanalesin durumu yerdədi? O da Antalyada yüngül zədə almışdı...

– “Neftçi əvəzolunmaz futbolçu yoxdur. Hər kəs digərini əvəzləyəcək gücdədir.

Denis Silvanı geri qaytarmısız. AntalyadaNeftçinin MakedoniyanınTurnovoklubuyla yoxlama oyununa baxdım. Həmin qarşılaşmada Silvanın meydanda olduğu birinci hissədə qapınız qarşısında bütün təhlükələrdə məhz Denisin səhvləri vardı. Onun formada olmaması açıq-aydın görünürdü.

Siz onu gördüyünüzdən 10 gündən artıq zaman keçib. Həmin dönəmdə komanda fiziki hazırlıqlarla məşğul idi bu futbolçu da çox yüklənməyə məruz qalmışdı. Bizə elə gəlir ki, Silva artıq tam şəkildə bərpa olunub Neftçi kömək etməyə hazırdı. Bir məqama da toxunum ki, biz Denis Silvanı komandadan kənarlaşdırmamışdıq. O, icarə əsasında iki il bizdə çixiş etdi. Klubuyla 6 aylıq müqaviləsi qalmışdı. Bu müddət üçünsə onun klubu bizdən çox pul istədi biz buna yox dediyimizdən, komandası onu geri qaytardı. Müqaviləsi başa çatandan sonra bizə söz verdiyi kimi, geri döndü.

Son iki transferinizə gəlincə. İsveçrəli qapıçını normal saymaq olar, amma çilili Kabion heç komandaya yaraşacaq transfer olmadı. Antalyadakı yoxlama oyunlarında da çox aşağı səviyyədə çıxış etmişdi. Son iki ildəNeftçiyaxşı transferləri ilə diqqət mərkəzində olurdu, amma bu dəfə tam əksi oldu...

Doğru vurğuladınız, “Neftçihər zaman transfer siyasətinə çox ciddi yanaşır. Bunun da nəticəsində komandamızda olan legionerlər öz sözlərini deyirlər. Qış transfer dönəmində istədiyin futbolçunu komandaya cəlb etmək heç asan məsələ deyil. Çilili futbolçu karyerası olan oyunçudur.

Söhbət indiki durumundan gedir...

Uzun müddət bizdə yoxlamada oldu. “NeftçiMilandaİnter bərabər səviyyədə oynayan komandadır. Heyətdə ciddi rəqabət yaratmaq üçün biz bu transferləri gerçəkləşdirdik. Baş məşqçinin sərəncamında istədiyi qədər futbolçu olmalıdır.

– “Neftçinin iki futbolçusuAraz Abdullayevlə Cavid İmamverdiyevin başqa kluba keçidi gündəmə gəlsə , heç birinin işi alınmadı...

Mən deməzdim ki, alınmadı. Bu məsələyə başqa prizmadan yanaşmaq lazımdır. Aydınlıq gətirmək üçün tam açıq danışacam. klubumuzun prezidenti Sadıq Sadıqov, mən CavidinDinamonun ikinci heyətinə baxışa getməsini istəyirdik. Qəti olaraq bunun əleyhinəydik. Amma çox təəssüf ki, Cavid İmamverdiyev klub prezidentindən xahiş edərək Kiyevə getmək istədiyini israrla bildirdi. Biz KiyevDinamosundan ikinci dəvəti tələb etdik ki, ancaq tibbi baxış olsun futbolçumuz orada ancaq məşq etsin.Həmin dəvətə buyurub baxa bilərsiz (Tahir müəllimDinamodan gələn ikinci dəvətnaməni bəndənizə göstərir). Bunlardan sonra da Cavid geri dönməliydi. Hətta Sadıq müəllim Cavidə bildirdi ki, “Dinamosəni İspaniyada olan əsas komandanın düşərgəsinə çağırmırsa, Kiyevə ikinci komandanın düşərgəsinə getməsin. İmamverdiyev özünü səviyyəli futbolçu kimi tutmalıydı. Çox təəssüf ki, Cavid klub rəhbərliyinin bu fikrinə önəm vermədi nəticə göz qabağındadı. Biz futbolçumuzu buraxmaya da bilərdik, amma ona mənəvi baxımdan zərbə vurmaq istəmədik. Çünki razılıq verməsək bir qədər psixoloji baxımdanbeyni qarışacaqdı”. Düşünəcəkdi ki, “Dinamoonu istəyirdi, biz buraxmadıq, yoxsa gedib əsas komandada oynayacaqdı. Amma biz etmək istəyirdik? “Dinamonun təklifi vardı. Araşdırmalar aparırdıq. Bizə Ukraynadan, Rusiyadan Türkiyədən təkliflər vardı. Sadəcə istəyirdik ki, Cavid oynaya biləcəyi kluba keçsin. Amma Cavid İmamverdiyev geri dönəndən sonra onun mövqeyinə futbolçu almaq işini saxladıq yaya qədər təxirə saldıq.

Bəs Araz Abdullayev?

Eyni sözlər ona da aiddir. Onunla maraqlanan klublar bu gün var. ArazınEvertona bağlılığı da başa çatıb. Futbolçu böyük klublara bir göz qırpımında transfer olmur. Qurban Berdıyev bildirmişdi ki, Ruslan Abışovu il yarım izləyiblər. Mən açıq şəkildə deyirəm ki, Cavid İmamverdiyev, Araz Abdullayev, Tərlan Quliyev, Emin Mehdiyev Elvin Yunuszadəni bu gün istəyən klublar var. “Kəpəz oyundan başlayaraq onları izləyəcəklər. Biz istəyirik ki, futbolçumuzu səviyyəli klublarda görək. KiyevDinamosu kimi futbolçudan Cavidə təklif gəlirsə, bütün oyunçularımız buna diqqət yetirməli öz üzərlərində daha da çox işləməlidirlər. O hədəflərə çatmaq üçün daha çox səy göstərməlidirlər. Klubun məqsədi onları yetişdirmək, əsas komandaya cəlb etmək, “San Siroya, “İnterkimi böyük klubların önünə çıxarmaqdır. Bundan sonrakı dönəm isə onların özlərindən aslıdır. Amma təəssüflər olsun ki, bizim futbolçular buna həm fiziki, həm psixoloji baxımdan hazır deyillər. Cavid İmamverdiyevDinamonun ikinci heyətinə qatılmamalıydı. Qatılandan sonra da, başını aşağı salıb futbol oynamalıydı. Amma başladı müsahibələr verməyə. Müsahibə verməklə isə heç bir futbolçunu komandaya götürmürlər.

Yeri gəlmişkən, artıq çempionat başlayıb. Mən özüm Neftçiklubu adından bütün klublarımıza uğurlar arzulayıram. İnşallah sağlam rəqabətdə ən güclü qalib olsun. Arzu edirəm ki, Avrokuboklara vəsiqə qazanacaq klublarımızNeftçinin uğurunu təkrarlasın daha böyük nəticələr qazansın.

“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail