Mais Mənsimov: "Bizi sevindirin, mən də sizi sevindirərəm"

10.02.2013 | 6376 dəfə oxunub

“Xəzər Lənkəran” Futbol Klubunun prezidenti Mais Mənsimovun adından Lənkəranda "Palmalife" otelində komanda üçün şam yeməyi təşkil olunub. Stadium.az "Xəzər Lənkəran"ın rəsmi internet saytına istinadən xəbər verir ki, klubun prezidenti qış fasiləsindən sonra Lənkərana dönmüş komandanı salamlayaraq heyətə gələcək çıxışlarında müvəffəqiyyətlər arzulayıb. Şən mühitdə keçən ziyafət zamanı Mais Mənsimov komandaya gələn yeni futbolçularla tanış olaraq onlara uğurlar diləyib. Prezident yeni oyunçuların “Xəzər Lənkəran”ın qələbələrinə töhvə verəcəklərinə ümidvar olduğunu bildirərək onlara tezliklə öz çıxışları ilə klubun tarixinə adlarını yazdırmağı arzulayıb. Çıxış edərək Mais Mənsimov söyləyib: "Siz oynayın, qələbələri sıralayın, bizi sevindirin, mən də sizi sevindirərəm". Öz növbəsində futbolçular da klub prezidentinə “Xəzər Lənkəran”ın uğur qazanması üçün əllərindən gələni edəcəklərini vəd ediblər. Təntənəli axşamın davamında fiziki hazırlıq üzrə məşqçi Erik Roketa royal arxasına keçərək bəzi klassik və müasir əsərləri ifa edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail