“Baxmamış, oyununa qiymət verməmiş heç kimlə müqavilə bağlamamışıq” Müsahibə

09.02.2013 | 4901 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov klubun rəsmi saytına verdiyi müsahibədə komandanın hazırlıq prosesi, heyətə cəlb edilən yeni transferlər, eləcə də digər önəmli məsələlər haqda danışıb. Stadium.az həmin müsahibəni təqdim edir:

Mahmud müəllim, təlim-məşq toplanışını necə qiymətləndirirsiz?
Tam hazır olduğumuzu deyə bilmərəm. Çünki məşqlərə gec başladıq. Heyətimizdə yeni futbolçular var. Onlar komandaya gec qoşulduqlarından, hələ tam uyğunlaşa bilməyiblər. İlk günlərdən bir yerdə olmamışıq. Son 3-4 gündə düşərgəyə gələnlər də var və bunu nəzərə almaq lazımdır.

Komandaya götürdüyünüz yeni legionerlər haqda nə deyə bilərsiniz? 
Heyət cəlb etdiyimiz legionerlər bizə kömək edə biləcəklər. Buna görə əcnəbiləri komandaya götürmüşük. Baxmamış, oyununa qiymət verməmiş hec kimlə müqavilə bağlamamışıq. Komandamızın büdcəsinə uyğun futbolçular götürmüşük. Onların "Kəpəz"ə necə kömək edə biləcəklərini çempionat oyunlarında görə biləcəyik.

Yerlilər haqda nə fikirləşirsiniz?
Heyətə cəlb etdiyimiz uşaqlar arasında gənclərlə yanaşı təcrübəlilər də oldu. Cəmşid Məhərrəmov, Fərid Quliyev belələrindəndir. Quliyevin məsələsi hələ tam həllini tapmayıb. Amma ümid edirəm ki, Fərid bizimlə olacaq. Onların meydanda olmaları işimizə yarayacaq. Həmçinin adını çəkmədiyim digərlərindən də uğurlu çıxış gözləyirik. Gənclərə gəlincə, onlara ümidimiz böyükdür.

Çempionatın qarışıdakı hissəsi barədə də düşüncələrinizi bilmək maraqlı olardı.
Ötənilkindən yaxşı çıxış etməliyik. Zəif nəticələrimizi unutdurmaq istəyirik. Bacardıqca daha çox xal qazanıb, yuxarı pillələrə qalxmaq əsas məqsəddir. Düzdü, rəqiblərlə aramızda xal fərqimiz çoxdur.
Fasilədən sonrakı ilk turda rəqib Neftçidir. Çətin oyun olacağını düşünürəm. Rəqib güclüdür. Çempionluğa oynayan komandadır. Heyətlərində yaxşı futbolçular cəmləşib. Amma bu o demək deyil ki, biz asan təslim olacağıq. Oynayıb, xal qazanmağa çalışaçağıq. Bunun nə dərəcədə alınacağını oyun göstərəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail