”Xəzər Lənkəran” - ”İnter”: 32-ci duel

09.02.2013 | 4681 dəfə oxunub

“Xəzər Lənkəran” 2013-cü ilə “İnter”lə qarşılaşma ilə başlayacaq. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 19-cu turunda lideri qəbul edəcək komanda tarixində 32-ci dəfə bu rəqiblə üz-üzə gələcək. 2004-cü ildə ilk dəfə üz-üzə gələn komandalar indiyədək 23 dəfə çempionat və 8 dəfə kubokda münasibətlərini ayırd ediblər.
 
İndiyədək baş tutan 31 qarşılaşmada 7 dəfə “Xəzər Lənkəran”, 8 dəfə isə “İnter” qalib gəlib. 16 matçda isə qalib müəyyənləşməyib. Top fərqində isə "Xəzər Lənkəran" öndədir – 31:30. Düzdür, 7 qələbədən başqa “Xəzər Lənkəran”ın hesabında ölkə kubokunun finalına təsadüf edən penaltilər seriyasındakı qələbə də var.
 
Çempionatlardakı 24-cü matçadək 4 dəfə “Xəzər Lənkəran”, 6 dəfə “İnter” qalib gəlib. 5-ci qələbə iddiasında olan komandamız 13 dəfə 1 xalla kifayətlənib. Bu görüşlərdə bakılılar daha məhsuldar olub – 21:22.
 
Həm ümumi, həm də çempionatdakı matçlarda minimal üstünlük rəqibin tərəfində olsa da son oyunlarda “Xəzər Lənkəran” rəqibini qələbəyə həsrət qoyub. Belə ki, son 4 oyunda “İnter” qələbəyə həsrət qalıb. Bu matçlarda cənublular 1 qələbə qazanıb və 3 dəfə meydandan bərabərliklə ayrılıb.
 
Lənkəranda baş tutan qarşılaşmalarda isə meydan sahibləri öndədir. 14 oyunda 4 qələbəsi və 2 məğlubiyyəti olan “Xəzər Lənkəran” 8 dəfə heç-heçə ilə razılaşıb. Komanda öz meydanında vurduğu 15 qolun qarşılığında 12-ni buraxıb.
 
 
2004/0521.11.2004səfərdə0:1
2004/0516.04.2005AKsəfərdə1:2
2004/0521.04.2005evdə0:0
2004/0529.04.2005AKevdə1:1
2005/0611.09.2005səfərdə0:2
2005/0612.03.2006evdə1:1
2006/0728.10.2006evdə0:0
2006/0712.04.2007AKsəfərdə1:0
2006/0718.04.2007səfərdə0:0
2006/0722.04.2007AKevdə1:0
2007/0806.10.2007səfərdə2:2
2007/0813/04/2008evdə3:1
2007/0824.05.2008AKneytral2:0
2008/0909.11.2008evdə2:4
2008/0924.04.2009səfərdə2:2
2009/1021.08.2009evdə1:0
2009/1006.12.2009səfərdə1:1
2009/1021.03.2010səfərdə0:1
2009/1023.04.2010evdə2:2
2010/1121.08.2010evdə0:0
2010/1127.02.2011səfərdə3:1
2010/1116.04.2011evdə1:1
2010/1130.04.2011səfərdə1:1
2010/1124.05.2011AKneytral1:1
2011/1230.09.2011səfərdə0:1
2011/1204.12.2011evdə0:1
2011/1214.03.2012AKsəfərdə2:3
2011/1228.03.2012AKevdə1:1
2011/1201.04.2012evdə2:0
2011/1229.04.2012səfərdə0:0
2012/1319.08.2012səfərdə0:0



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail