"Sumqayıt" daha bir keçidi rəsmiləşdirdi

08.02.2013 | 4166 dəfə oxunub

Topaz Premyer Liqasının ikinci mərhələsi üçün hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu növbəti transferini həyata keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, "Berliner" AK-da çıxış etmiş azərbaycan əsilli yarımmüdafiəçi Can Akgün komandayla 1,5 illik müqavilə imzalayıb. Hər iki ayağı ilə oynamaq qabiliyyəti olan 1989-cu il təvəllüdlü futbolçu 1.86 sm. boya malikdir.

Qeyd edək ki, Can Akgün peşəkar karyerasına 2008-ci ildə “Türkiyemspor”da başlayıb. Bu komanda ilə ümumilikdə 27 oyuna çıxan adıçəkilən futbolçu 2 qol vurub və 2 qol ötürməsi ilə yadda qalıb. Daha sonra “Berliner” AK-ya transfer olunan Can ilk mövsümdə 10 qarşılaşmada 3 qol vurub. 2011/12 mövsümündə bu klubla 25 oyuna çıxan yarımmüdafiəçi rəqib qapılarından 2 top keçirib və 3 qol ötürməsi edib. Can 2012/13 mövsümünün ilk yarısında isə “Berliner” AK-da 7 qarşılaşmada forma geyinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail