"Bakı" rəsmiləri Avropa Klublar Birliyinin toplantısında iştirak ediblər

08.02.2013 | 5948 dəfə oxunub

4-6 fevral 2013-cü il tarixlərində Qatarın paytaxtı Dohada Avropa Klublar Birliyinin (ECA) Baş Assambleyası keçirilib. Stadium.az "Bakı"nın rəsmi internet saytına istinadən xəbər verir ki, Klubu bu tədbridə baş menecer Zeynal Məmmədov və media və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyev təmsil ediblər.

Təşkilatın tarixində ilk dəfə olaraq Baş Assambleyada Avropa klubları ilə bərabər müşahidəçi qismində Afrika, Asiya və Amerika klubları da iştirak ediblər. 

UEFA zonasına daxil olan 153 klubun təmsilçiləri ilə bərabər Braziliya, Argentina, Yaponiya, Misir, Qatar, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, Uruqvay,  Avstraliya, CAR və s. kimi ölkələrin aparıcı klubları 3 gün ərzində Dohada bir araya gələrək müasir futbol dünyasının problemlərini müzakirə edərək, yekun sənədə imza atıblar.

Baş assambleyada ECA-nın illik fəaliyyəti haqqında hesabat dinlənilib, təşkilatın nizamnaməsinə dəyişikliklər edilib. Transfer fəaliyyəti, maliyyə əməliyyatları, futbolçu və klub, futbolçu və menecer, klub və menecer münasibətlərinin şəffaflığını təmin etmək məqsədi ilə UEFA və FİFA-ya təkliflər irəli sürülüb. ECA və UEFA arasında əməkdaşlıq barədə memorandum müzakirə olunub. Milli komandaların beynəlxaq yoldaşlıq oyunları və Avropa kuboklarının təqvimi ilə bağlı təkliflər FİFA-ya ünvanlanıb.

Qatar-2020 Dünya Çempionatının təşkilat komitəsinin katibi Hassan əl-Tavadi dünya kubokuna hazırlığın gedişi, arenaların və müvafiq infrastrukturun tikintisi, iştirakçı və qonaqlar üçün nəzərdə tutulan şərait, nəqliyyat və otel sistemləri barədə ətraflı məlumat verib. 

UEFA lisenziyalaşdırma komtiəsinin sədri Andrea Traverso təşkilatın apardığı monitorinq və lisenziya prosedurunun gələcək perspektivləri barədə hesabatla çıxış edib. 

Cari ilin 15-19 aprel tarixləri arasında Barcelonada ECA I vitse-prezidenti və "Barselona" klubunun prezidenti Sandro Roselin rəhbərliyi altında marketinq qrupunun toplantısının keçirilməsi barədə razılıq əldə olunub. Marketinq, sponsorluq və brend mencerliyi mövzularını əhatə edəcək tədbirə dəvət alanlar sırasında "Bakı" futbol klubu var. 

ECA daxilində qadın futbolu komtiəsinin yaradılması barədə qərar qəbul edilib. Bu komitəyə Olimpik (Lion) klubunun prezidenti Jan Mişel Olas (Jean-Michel Aulas) rəhbərlik edəcək.

Bu mötəbər tədbirdə iştirak edən klubumuzun nümayəndələri ikitərəfli görüşlər çərçivəsində "Metallist" (Xarkov, Ukrayna), "Porto" (Portuqaliya), "Harts" (Edinburq, Şotlandiya), "Feyenoord" (Niderland), "Dinamo" (Kiyev, Ukrayna), "Roma" (İtaliya), "Qalatasaray" (Türkiyə), "Şerif" (Moldova), "Helsinborq" (İsveç) klublarının nümayəndələri ilə işgüzar görüşlər keçirərək, mümkün əməkdaşlıq detalallarını müzakirə ediblər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail