Didye Droqba İstanbulda YENİLƏNİB

08.02.2013 | 8103 dəfə oxunub

"Qalatasaray"ın yeni transferi Didye Droqba bu gün İstanbula gələcək. Stadium.az xəbər verir ki, dünən afrikalı futbolçunu Türkiyəyə gətirmək üçün "Qalatasaray"ın prezidenti Ünal Aysalın şəxsi təyyarəsi ilə klub rəsmiləri Emir Sarıgül və Bülənt Tulun Londona yollanıblar.

Droqbanın bu gün yerli vaxtla saat 16:00-da İstanbula enəcəyi gözlənilir. "Qalatasaray"lı tərəfdarlar Didye Droqbanı da Uesli Sneyderi olduğu kimi möhtəşəm bir şəkildə qarşılamağı planlaşdırırlar. Artıq 2 gündür ki, "sarı-qırmızılı" tərəfdarlar qarşılaşna mərasimi üçün sosial şəbəkələrdə fəaliyyətə başlayıblar. Hava limanına yenə də xeyli sayda azarkeşin gələcəyini nəzarə alan təhlükəsizlik qüvvələri gücləndirilmiş, xüsusi rejimdə fəaliyyətə başlayıblar.

Hava limanından sonra klubun ofisinə gələcəyi gözlənilən Droqba gecəni Sneyderin həyat yoldaşı ilə birgə müvəqqəti olaraq aldığı "Four Seasons" otelində keçirəcək.

Sabah səhər saatlarında afrikalı futbolçu tibbi müayinədən keçəcək.

Bazar günü "Qalatasaray"ın "Antalyaspor"la qarşılaşması zamanı Droqba tribunada olacaq və arena ilə tanış olaraq, azarkeşləri salamlayacaq. 

***

Didye Droqba İstanbula gəlmək üçün təyyarəyə minməmişdən öncə şəkil çəkdirib. Həmin fotonu İnstaqramda paylaşan afrikalı futbolçu "Yeni macəra. İstanbul, gəlirəm. Xöşbəxt olmaq zamanı" mesajını yollayıb. 

***

Didye Droqbanın İstanbula gəlişi yubanır. Təyyarənin yubanması səbəbindən Droqbanın yerli vaxtla 16:00-da deyil, 17:45-də İstanbula çatacağı gözlənilir. İstanbula gəlişinin ardından Floryada Fatih Terim və komanda yoldaşları ilə tanış olacaq Droqbanın şərəfinə 21:00-da Boğazda şam yeməyi veriləcək. 

***

Nəhayət ki, "Qalatasaray"lıların arzusu reallaşdı - Didye Droqba İstanbuldadır. Təyyarədən enər-enməz böyük coşqulu ilə qarşılaşanan afrikalı ulduz bu sevgini qarlşılıqsız qoymadı. Əlində "Cim-Bom"un bayrağını açan Droqba bununla da "Qalatasaray"a olan sevgisini nümayiş etdirdi. Daha sonra "Qalatasaray"lı fanatlar əllərindəki məşəlləri yandıraraq, Droqbanın lehinə şüarlar səsləndirdilər. Daha sonra "Cim-Bom"un yeni transferi Florya Mətin Oktay Təsislərinə üz tutdu. 

***

Klubun bazasının qarşısında da xeyli azarkeş toplaşıb. Onu qarşılayan azarkeşləri salamladıqdan sonra klubun ofisinə daxil olan Droqba baş məçqçi Fatih Terimlə görüşdükdən sonra "Qalatasaray" TV-yə qısa açıqlama verdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail