Litva yığmasının üzvü “Rəvan”da

07.02.2013 | 4904 dəfə oxunub

İlk "altılıq” şansları qalsa da, daha çox növbəti mövsümün kollektivini qurmaq istəyən "Rəvan"ın düşərgəsində 2 futbolçu baxışdan keçir. Bunlardan birinin yaponiyalı müdafiəçi Naoya Şibamura olduğunu xəbər vermişdik. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Özbəkistan "Buxara”sından gələn asiyalı arxa xətt oyunçusu hələ ki özü barəfə müsbət fikir formalaşdıra bilib.

Düşərgədə baxışdan keçirilən digər futbolçu isə Litva millisinin üzvüdür. Fevralın 28-də 29 yaşını qeyd edəcək Mindauqas Kalonas "Jalgiris”in yetirməsidir. Gənc yaşlarında Moskva "Dinamo”su, "Saturn” və "Rubin”in əvəzedicilərdən ibarət komandalarında çıxış etmiş litvalı yarımmüdafiəçi özünü Latviyanın "Metallurq” klubunda ən yaxşı tərəfdən göstərib. Belə ki, Liepayada təmsilçisinin heyətində çempionatda keçirdiyi 55 oyuna 15 qol vurmağı bacarıb. Üstəlik, 2005-ci ildə Latviya çempionu, 2006-cı ildə isə Latviya kubokunun qalibi olub. Onun dövründə "Metallurq” ən pis halda çempionatda 2-ci olub.

Uğursuz "Kuban” macərasından sonra xavbek Latviyanın "Riqa”, İrlandiyanın "Bohemians” komandalarında da top qovub. Sonuncuların heyətində 2008-ci ildə həm ölkə çempionu olub, həm də kuboku qazanıb. Kalonas İrlandiya kubokunun finalında oynamış ilk litvalı kimi də tarixə düşüb. 2009-12-ci illər ərzində Ukrayna premyer liqasında çıxış edən Zaporojye "Metallurq”unun şərəfini qorumuş futbolçunun son "dayanacağı” Polşanın I divizion təmsilçisi "OKS Stomil” olub.

Mindauqas Litva millisinin heyətində 35 matçda forma geyib və 2 dəfə fərqlənib. Maraqlıdır ki, o, qollarının hər ikisini DÇ-2010-un seçmə turnirində vurub. 177 sm boya, 72 kq çəkiyə malik Kalonas Rumıniya və Serbiya komandalarını məyus edib.

Qeyd edək ki, həm Şibamura, həm də Kalonas ilə bağlı yekun qərar yaxın 2-3 günə veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail