Ruslan Abışov: "Futbolda nəyəsə nail olmuşamsa, bunu “Neftçi”yə borcluyam"

07.02.2013 | 5246 dəfə oxunub

“Rubin” klubuna transfer olunan Ruslan Abışov, qardaşı Sərxan Abışovla birgə yetirməsi olduğu “Neftçi” PFK-nın bazasında olub. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, “Rubin” klubunun düşərgəsinə yollanmamışdan öncə doğma komandasına baş çəkən futbolçu klub rəhbərliyi ilə görüşüb. Görüşdə O, "Neftçi”nin yetirməsi olduğunu və futbolu burada öyrəndiyini vurğulayıb. Ruslan Abışov futbolda əldə etdiyi nailiyyətlərə görə “Neftçi”yə borclu olduğunu da deyib: “Əgər futbolda nəyəsə nail olmuşamsa, bunu “Neftçi”yə borcluyam. Komandadan ayrılsam da klub rəhbərliyi və burada çalışan insanlarla mütəmadi əlaqə saxlayıram. “Neftçi” ilə ardıcıl 2 il çempionluq yaşamışam. Mənim ən böyük nailiyyətlərim bu klubun adı ilə bağlıdır. Mən doğma klubumdan halallıq almamış yola çıxa bilməzdim”.

Görüşün sonunda "Neftçi"nin heyətində çempionluq yaşamış Ruslan Abışova ötən mövsümün qızıl medalı təqdim olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail