Xorvatiyalı futbolçu rəsmən "Simurq"da

07.02.2013 | 4688 dəfə oxunub

"Simurq" Peşəkar Futbol Klubu komandanın düşərgəsində baxışda olan Tomislav Buşiçlə münasibətləri rəsmiləşdirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, bu gün Zaqatala təmsilçisi ilə müqavilə bağlayan xorvatiyalı futbolçu, mövsümün sonuna qədər "sarı-qaralar"ın formasını geyinəcək. 

Tomislav Buşiç "Simurq"un heyətində 12 nömrəli forma ilə çıxış edəcək. 27 yaşlı hücumçu peşəkar futbolçu karyerasına 2004-cü ildə ölkəsində başlayıb. 2007-ci ilə qədər "Hayduk"da top qovduqdan sonra, ilk legioner həyatın yaşayıb. 21 yaşında  Kiyev "Dinamo"suna icarə əsasında keçsə də, heyətdə özünə yer edə bilməyib və İsrailin "Makkabi" klubuna transfer olunub. Bir il burda da legioner həyatı yaşadıqdan sonra ölkəsinə qayıdıb və "Slaven Belupo" ilə razılığa gəlib. 2010-cu ildən bu komandada forma geyinən Buşiç, ölkəsinin ən köklü klubunun heyətində bir çox uğurlara imza atıb. Xüsusən də cari mövsümdə Avropa Liqasının play-off mərhələsində "Atletik Bilbao"ya məğlub olan "Slaven Belupo"nun heyətində 4 qarşılaşmada meydana çıxmış və iki dəfə rəqib qapıçılarını məyus etməyi bacarmışdı. 

"Simurq"un Antalya toplanışına dəvət olunan Tomislav Buşiç, yanvarın 20-dən "Simurq"un heyətində məşq edir. Təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama görüşlərindən üçündə meydana çıxan xorvatiyalı hücumçu "Tom"la matçda komandasının bərabərlik qolunun müəllifi olub.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail