Foqts: "Keçmişdə kim milli üçün nə edibsə, bu məni maraqlandırmır"

05.02.2013 | 6289 dəfə oxunub

Sabah yoxlama oyununda Lixtenşteynlə qarşılaşacaq milli komandamızın baş məşqçisi Beryi Foqts bu gün Dubayda mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, almaniyalı mütəxəssis ilk növbədə komandanın hazırkı durumundan danışıb:

- Sevinirəm ki, medianın milliyə böyük marağı var. Bu çox müsbət haldır. Biz artıq bir neçə gündür bir yerdəyik. Komandanın məşq prosesindən həzz alıram. Sabah FİFA-nın oyun günündə yoldaşlıq oyunu keçirəcəyik. Onu demək istərdim ki, futbolçuların fiziki hazırlığı yaxşı səviyyədədir. Futbolçuların fiziki durumu vacib amildi. Çünki millinin oyunundan sonra çempionat başlayacaq. Onu deyə bilərəm ki, indi yığmada seçim artıb, rəqabət yaranıb. 
Klubdakı həmkarlarıma təşəkkür edirəm. Futbolçuların fiziki durumu yüksəlib. Bura 3 qapıçı ilə gəlmişik. Emil Balayev çox çalışır, amma təcrübəsi azdır. Kamran Ağayev artıq "Bakı"dadır, yalnız rəsmi müqavilə bağlamaq qalıb. İnanıram ki, rəsmi oyunlaradək hər şey qaydasında olacaq. Bəzi futbolçular üçün toplanış axırıncı şansdı.
Keçmişdə kim milli üçün nə edibsə, bu məni maraqlandırmır. Çünki mən irəli baxıram. Futbolçu millidə oynayırsa, canla-başla oynamalıdı. Futbolçu meydana çıxdısa, ancaq qələbəyə oynamalıdır. Futbolçular bunu dərk etsələr, yaxşı nəticə də gələcək. Təəssüflər olsun ki, apreldə nəzərdə tutulan təlim-məşq toplanışı baş tutmayacaq. Bizim üçün ən vacib qarşıdakı 2 rəsmi oyundur.

- Həmin toplanış niyə baş tutmayacaq ki?
- Yaxşı olardı ki, həmin sualı PFL-ə verəsiz. Məndən olsa, toplanışı keçirərdim.

- Rəşad Sadiqov Özbəkistanla oyunda görmədiyimiz mövqedə oynadı. Onun çıxışından nə dərəcədə razı qaldınız?
- Bu toplanışda Rəşad Sadıqovla Ruslan Abışov iştirak etmədi. Ona görə də, həmin mövqedə Sadiqovu sınadım. Çıxışı xoşuma gəldi və onu deyim ki, mən həmin eksperimentdən yenə istifadə edəcəm.

- Özbəkistanla görüşdə Rüfət Dadaşov necə çıxış etdi?
- O, yaxşı futbolçudur. Amma təəssüf ki, zədəli olduğundan sabahkı görüşdə meydana çıxa bilməyəcək. Əsas heyətdə yeni futbolçulardan yalnız Pərdis Fərcad-Azad olacaq. Sabahkı oyun Elvin Məmmədov üçün bir şansdı. Onun böyük bacarığı var, amma özünü göstərə bilmir. Onun kimi futbolçu millidə olmalıdı.

- Əsasən hansı klubların futbolçuları toplanışda zəif təsir bağışlayır?
- Biz bütün klubların baş məşqçiləri ilə danışmışıq. Ad çəkmək istəməzdim. Ancaq onu deyim ki, Azərbaycan çempionatında mübarizə aparan klubların baş məşqçiləri PRO lisenziyası almalıdırlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail