Ramiz Məmmədov: "4 transfer söz verdilər, amma rəhbərlik sözünü tutmadı" Müsahibə

04.02.2013 | 7694 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Ramiz Məmədov Qazaxıstan mətbuatına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- "Atırau”dan qayıdandan sonra nə işlə məşğul olursuz? 
- Məni İranın yüksək liqasında çıxış edən bir klubu dəvət edirdi. Amma şərtlərlə bağlı razılığa gələ bilmədiyimizdən, ora getməkdən imtina etdim. Sonra əsas məşqçi kimi "Qəbələ"yə başçılıq etmək təklifini aldım.

- Vaxtından əvvəl "Atırau"dan istefa haqqında qərar qəbul etdiniz. Sizin Qazaxıstan karyeranız niyə alınmadı? 
- “Atırau”da mənə dörd yeni transfer söz verdilər, amma sonra rəhbərlik sözünü tutmadı. Bundan başqa Colçiyevi də “Tobol”a satdılar. Hansı ki, o, limiti doldurmaq üçün yeganə futbolçumuz idi.

- Sizin vaxtınızda Colçiyev məhz "Atırau"nın əsas heyətində oynamağa başladı... 
- Mən Baurjanı görən kimi, dərhal klub rəsmilərinə dedim ki, bu futbolçu yığmanın oyunçusu olacaq və Avropa çempionatında çıxış edəcək. Həmçinin onu öz komandamda görməkdə şad olardım.

- Qazaxıstanda xarici mütəxəssisə münasibət necə idi? 
- Qazaxıstanda özümü evimdəki kimi hiss edirdim. Sizin ölkənizə öyrəşdim. Lakin klubda maliyyə problemləri var idi, futbolçuların maaşları gecikirdi. Amma peşəkar nöqteyi-nəzərdən mən çox sakit işləyirdim.

- Siz Azərbaycanda və Qazaxıstanda işləmiş mütəxəssissiz. Bu ölkələrin futbol çempionatlarının səviyyəsini müqayisə edə bilərsiniz? 
- Azərbaycan klubları onlarda oynayan legionerlərin səviyyəsinin hesabına daha güclüdür. Düzdür, Qazaxıstanda texniki və fiziki cəhətdən çox güclü oyunçular var, məmnuniyyətlə onları öz komandamda görmək istəyərdim. Hətta onu da deyim ki, bəzi qazaxıstanlı futbolçuları yaxından izləyirəm və onları yayda “Qəbələ”yə dəvət etmək istəyirəm. 

- Konkret bu oyunçulardan kimləri nəzərdə tutursuz? 
- Smakov, Colçiyev, Jumaskaliyev, Xayrullin, Kukeyev və başqa futbolçular xoşuma gəlir. 

- Bu mövsüm komandanızın medal qazanmaq şansı var? 
- Mən komandanın sükanı arxasına keçəndə “Qəbələ”nin aktivində 7 xal var idi və turnir cədvəlinin aşağı pilləsində qərarlaşmışdır. Mənim gəlişimdən sonra isə 21 xal toplamışıq və beşinci pilləyə qədər irəliləmişik. Çalışacağıq ki, ilk üç klub arasında yer alaq.

- Qışda "Qəbələ" bir sıra kifayət qədər parlaq qələbələr qazandı. Ölkə çempionatının ikinci yarısında sizin komandanızdan sürpriz gözləmək olar? 
- Biz komandanın tərkibini yaratdıq. Təlim-məşq toplanışında bir sıra qələbələr qazandıq, "Volın", "Petrolul", "Styaua" kimi klubları məğlub etdik. İstəyir ki, bu qalibiyyət seriyası Avropa Liqasında da davam etsin.

- Qazaxıstan futbolunu izləməyə davam edirsinizmi? Türkiyədə bizim ölkənin komandalarının oyunlarına baxırdınızmı? Onlar sizdə necə təəssüratlar yaratdı? 
- Demək olar ki, çempionatınızın bütün oyunlarına baxıram. Türkiyədə də “Ordabası”nın “İnter”lə sınaq matçını izlədim. Məğlub olsalar da, yaxşı oynadılar. Yenə də, burada haqqı Masudovun komandasına verməyə dəyir, hansı ki, o, yaxşı kollektivi qurdu.

- Qazaxıstan futbolunun əsas problemlərindən biri maliyyə çatışmazlığıdı. Azərbaycanda bu baxımdan vəziyyət necədi? 
- Bizdə başqa cürdür. Klubların yaxşı sponsorları var. Futbolumuza çoxlu pullar yatırılır.

- Azərbaycan klublarının orta büdcəsi təxminən nə qədərdi? 
- Əgər orta hesabla götürsək, onda bizim klublarımızın büdcələri qazaxıstanlılardan geri qalmır.

- Sizin üçün Azərbaycanda çalışmaq daha asandı, yoxsa xaricdə? Gələcəkdə yenidən başqa ölkədə işləmək üçün düşünürsünüzmü? 
- Mənim üçün fərqi yoxdu. Amma nəticə hər yerdə əhəmiyyətlidir. Və, necə deyilir, o əsgər pisdir, hansı ki, general olmağa arzu etmir.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail