İlham Qırtımov: “İlkinlə fəxr edirəm” Müsahibə

04.02.2013 | 24165 dəfə oxunub

Oxucular futbol ictimaiyyəti ötən şənbəFutbol+” qəzetindəSimurqfutbol klubunun müdafiəçisi İlkin Qırtımov haqqında  “İlkin Qırtımov Bələkdə kef edirbaşlıqlı yazıdan yəqinki xəbərdardılar. Qəzetdən başqa sözügedən məqalə bir neçə idman portalında da yerləşdilirmişdi. Xəbəri olmayanlara qısaca xatırlatmaq istərdim ki, yazıda söhbətFutbol+”in əməkdaşı Həbib Aslanov ilə İlkin Qırtımov arasında baş verən qalmaqaldan gedirdi. Müəllifin yazdığına görə, futbolçu Antalyada klubun təlim-məşq toplanışı zamanı ona qarşı tərbiyəsiz davranmış, ünvanına təhqiramiz ifadələr işlətmişdi. Buna səbəb isə İlkin ilə klubun fotoqrafı Leyla Səttərova arasında olan münasibətlərə futbolçunun özünü yekəxana aparmasına Həbibin etiraz etməsi olmuşdu.

Məqalə ictimaiyyət arasında geniş rezonans doğura bildi. Həm mətbu orqanlarda, həm sosial şəbəkələrdə bu haqda geniş müzakilərə aparıldı. Əksəriyyət İlkini qınadı. Amma ona qahmar çıxanlar da var idi. 1-2 idman portalı hazırda millinin heyətində Dubayda olan İlkin Qırtımovun fikirlərini öyrənib dərc elədi. Təbii ki, o, yazılanların həqiqətdən uzaq olduğunu söylədi. Hər iki tərəfin mövqeyi məlum olduğundan bəlkə mövzu bağlana bilərdi. Bizim üçün maraqlı olan isə yazıda adı çəkilən İlkin Qırtımovun ata-anasının fikirləri bəzi məqamları dəqiqləşdirmək idi. Hər halda el arasındaYüz dəfə İmam üçün  ağlayanda, bir dəfə Yezid üçün ağlaməsəlini yada salaraq, üçüncü tərəf ilə əlaqə saxlamaq qərarına gəldik. Atası İlham Qırtımovu tapmaq o qədər çətin olmadı. Onun fikirlərini olduğu kimi dərc edəcəyimiz barədə söz verdikdən sonra müsahibəyə razı oldu. Məqalədə İlkin haqqında yazılanlar həqiqət idimi? İlham Qırtımova ilk sualımız bu oldu:

Bir valideyn kimi yazılanlar nəinki mənə, ailəmə, qohum-əqrabaya, dost-tanışahamısına pis təsir eləyib. Çünki məqalədə göstərilənlər həqiqəti əks etdirmir. Adi oxucu da yazı ilə tanış olanda qərəzçiliyə yol verildiyini görür. Həbibi tanımıramOnunla görüşdüyüm, bir süfrə arxasında əyləşdiyim yadıma gəlmir. Həbibin peşəkar jurnalist olmadığını əminliklə söyləyə bilərəm. Bir səhifəlik məqalə yazıb, bir fakt var, bir sübut, əksəriyyət uydurmadır. Məsələn, göstərir ki, oğlum  “Simurqa təsadüfən düşüb. Amma İlkin 11 yaşından Bakıda Respublika Olimpiya İdman Liseyində təhsil alıb. Orada qalıb, oxuyub, məşq edib. Əziyyəti iləSimurqun heyətinə düşüb. Özü yazıda göstərilənin əksinə olaraq, məhz Pokoranın dövründə. Bundan başqa, göstərir ki, anası evdar qadındı. Həyat yoldaşım da mənim kimi təhsil sahəsində çalışır, musiqi məktəbində kamança müəllimidi. İlkinin vaxtilə ofisiant, fəhlə işlədiyini deyir. Ofisiant, fəhlə işləmək qəbahət deyil. Hamı zəhməti ilə bir tikə çörək qazanır. Amma oğlum, vallah İlkin ofisiant işləyib ki, fəhlə. Bu, haradan ağlına gəlib, bilmirəm. Ayıb deyil belə uydurmaları dilə gətirmək? Guya mənimBMVmi oğurlayıb Zaqatalanın küçələrində kef edib, indi Pradosürürəm s.. Mənim heç vaxtPradom olmayıb, adi avtomobilə sahibəm. İlkin vaxt mənim maşınımı oğurlayıb? Bunları uydurmaqla qazanır? Fikrimcə, bu, məqsədyönlü yazılmış bir məqalə idi

Ailədə tək uşaq olmuşam, internatda təhsil almışam. Minbir əzab-əziyyətlə bu səviyyəyə gəlib çatmışam. Nəinki, Aşağı Talada, bütün Zaqatalada bizim ailəni yaxşı tanıyırlar. 90- illərdə yerliDaşqında çıxış eləmişəm. 1992-ci ildəİlkinin 2 yaşı olanda müharibəyə getmişəm. Ağdam, Füzuli rayonlarında vuruşmuşam. İki dəfə yaralanmışambaldırımdan qarın nayihəmdən, başımda da indiyə kimi qəlpə gəzdirirəm. 6 il cəbhədə ölümlə üz-üzə olmuşam. Kapitan rütbəm var, prezident təqaüdü alıram, dövlət tərəfindən verilən bütün güzəştlər mənə şamil olunur. Neçə vaxtdır Aşağı Tala kəndində məktəb direktoru vəzifəsində çalışıram. 600-dən çox şagirdə, 100-dən çox müəllim heyətinə rəhbərlik edirəm. Bütün bunları ona görə sadalayıram ki, sıradan birisi deyiləm, mən özümə görə hörmətə sahibəm, ailəmin şərəf ləyaqəti var. Bu yaşımda mənə övladıma, şagirdlərimə necə tərbiyə verməyi öyrətmək yersizdi. İlkinlə sənin aranda nəsə söz-söhbət olubsa, ondan yaz. Daha ailəni bura niyə qatırsan? Məgər biz bu qədər ucuz adamlarıq? Belə ucuz reklam nəyinə lazımdı?

Yazının müəllifi yaFutbol+” qəzetinin redaksiyası ilə əlaqə saxlamısınızmı?

İstəsəydim, bu problemi bir günün içərisində həll edərdim. Birincisionun səviyyəsinə enmək istəmirəm. Həbibi müəyyən mənada başa düşürəm, yazıda da göstərir ki, körpə qızı var. Allah onun balasını saxlasın. Ailəsinə çörək pulu qazanır. Amma belə yox. Qəzetdən sonra bir neçə idman portalında da həmin yazı dərc olunub. Şərhlərə fikir verirəm, onun ünvanına çox təhqiramiz ifadələr işlədilib. O da insandı, nəyə görə özünü bu səviyyəyə endirir? Deyir ki, İlkin ondan 7 yaş kiçikdi, heç olmasa, yaş fərqinə hörmət qoyardı. Soruşmaq lazımdı, bəs sən özündən neçə yaş böyük ataya, anaya hörmət qoymusanmı? Mən onun mədəniyyətində ola bilmərəm. Heç kimin çörəyinə bais olmaq istəmirəm. Övladı var, ailəsi var, valideynləri var. Eybi yoxdu, yazıb da.

İlkindən başqa neçə ovladınız var?

Bir qızım da var. Gəncədə musiqi məktəbində təhsil alır, 3- kurs tələbəsidi.

Bir valideyn kimi İlkinin tərbiyəsi Sizi qane edirmi?

Həm bir valideyn, həm bir vətəndaş kimi İlkinin tərbiyəsindən razıyam. Nəinki mən, bütün tanıyanlar ondan razılıq edirlər. Ata-anasına, müəllimlərinə, dostlarına, komanda yoldaşlarına hörmətlə yanaşan, böyük-kiçik yeri bilən bir insandı. Ailədə övladlarımı vətənpərvərlik ruhunda böyüdə bilmişəm. Ağlı kəsəndən məni hərbi geyimdə görüb. 7 il təhsil aldığı Respublika Olimpiya İdman Liseyində onun dünyagörüşünün formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayıb. Bir sözlə, İlkinlə fəxr edirəm.

Bəs onun meydançada etdiyi bəzi hərəkətlərə necə haqq qazandırırsınız?

İlkinin çox aqressiv xasiyyəti var. Düzdür, bir neçə dəfə oyun zamanı lazım olmayan hərəkətlərə yol verib. Amma dediyim kimi, oyun zamanı, futbol meydanında. Futboldan kənarda oğlum tamamilə başqa birisidi. Bu haqda onunla ətraflı söhbət eləmişəm. Deyir ki, “Ata edim, futbolun içində o qədər haqsızlıq olur ki, dözə, biganə qala bilmirəm. Özümdən asılı olmayaraq bu cür hallar baş verir. Sonradan elədiklərimə peşman oluram”.

Dərc olunan yazıdan sonra İlkinlə bu haqda söhbətiniz necə, olubmu?

Bir neçə gün əvvəl İnternet vasitəsilə əlaqə saxlamışıq. Dubaya, millinin təlim-məşqinə yollanmamışdan öncə. Yazılanların həqiqətə uyğun olmadığını söylədi. Həbiblə aralarında narazılığın olduğunu gizlətmədi. Amma məsələni bu qədər şişirtmək, bu dərəcəyə çatdırmaq yersiz bir hərəkət idi. Leyla ilə heç bir əlaqəsinin olmadığını, onun otağında cəmi 5 dəqiqə, o da, şəkilləri götürmək üçün getdiyini bildirdi.

Bunu mehmanxananın videogörüntüləri sübut edir. Həbib isə yazır ki, güya yarım saat orada olub. İlkinə təsir edən Həbibin klub prezidentinə xəbərçilik eləməsi olub. Məncə hər ikisi cavandı, bu problemi elə Antalyada öz aralarında xoşluqla həll edə bilərdilər.

Leyla Səttərova ilə tanışsınızmı?

Mən o qızı görməmişəm. Bildiyimə görə, klubda fotoqraf kimi çalışır. Klubun saytındakı şəkillərdə imzasını görmüşəm. İlkindən soruşanda klubda fotoqraf işldiyini deyib. Bir tikə çörək pulu qazanır. Birdə ki, fərz edək elə İlkinlə Leyla arasında nəsə münasibət var. Hamımız cavan olmuşuq. Sənə kim haqq verir ki, kiminsə şəxsi həyatını aləmə car çəkəsən? Bununla qazanacaqsan? Belə hərəkət kişiyə yaraşmaz. Futbolçunun oyunu haqda istəyirsən yaza bilərsən, amma şəxsi həyatı haqda yox. Bu, heç jurnalist mədəniyyətinə sığmır. Həbib sadəcə əlində olan imkanlardan biabırçı şəkildə istifadə etməyə çalışıb.

İlham müəllim, daşıdığınız Qırtımov soyadının mənası nədir?

Bizim əvvəlki soyadımız Şabanbəyov olub. Repressiya dövrünə kimi bu soyadı daşımışıq. Repressiya dövründə soyaddakıbəysözünə görə problemlər yarandığından babamgil Qırtımov soyadını götürüblər. Mənasına gəlincə, düzü, özüm bilmirəm. Bəzi insanlar mənə bir neçə dəfə Qırtımovun bir qədər yaxşı səslənmədiyi, başqa soyad götürməyimi məsləhət görüblər. Razı olmamışam. Mənim babam, atam bu soyadı daşıyıblar, nəslimiz bu adla tanınıb, mən övladlarım da Qırtımov soyadını daşıyacaqğıq.

 

Anası Vahidə xanım:

Yazıdan sonra neçə gündü özümüzə gələ bilmirik. Yazılanlar bizə çox pis təsir eləyib. Həbib kimi jurnalistlər mətbuatda işləməməlidilər. Çünki, yaxşıları, təmizləri kölgədə qoyurlar. Baladan şirin şey yoxdu. Nəyə görə mənim balam haqqında tərbiyəsiz fikirlərlə, iftiralarla dolu yazı yazır? Onun haqda belə fikirlər səslənsə, anası, ailəsi necə qarşılayacaq? İlkin 5-ci sinifdən ailəmizdən kanardaBakıda yaşayıb, təhsil alıb, böyüyüb. İndiyə kimi onun haqda kimdənsə pis söz eşitməmişəm. Neyləyirəm onun futbolunu? Mənə lazım deyil. Təki bu qədər zillət çəkməzdik. İlkin bir yana, yoldaşım haqda da ağzına gələni yazıb. Ona atası tanımadığı birisinə öyüd-nəsihət verməyə kim icazə verib? Həbib mənim yoldaşımı güllə ilə vuran ermənidən pisdi. İlkin qayıdan kimi, onu da, qəzeti məhkəməyə verəcəm”.

Müəllimi Rəhman Tağıyev (ROİL-nin direktor müavini):

İlkin 5-ci sinifdən mənim şagirdim olub. Müəllim ailəsində böyüyüb, tərbiyəli, əməksevər, xaraktercə möhkəm uşaq idi. Yaxşı yadımdadı, uşaq vaxtı həkimlər ona futbolu buraxmağı məsləhət görmüşdülərAyağında problemlər var idi. İnadından dönmədi, bir il müalicə alıb yenidən məktəbə qayıtdı. Xasiyyətində aqressivlik var, haqsızlıqla barışmayan birisidi. Neçə dəfə bu haqda onunla söhbətim olub, iradlarımı bildirmişəm. Amma aqressivlik onun tərbiyəsizliyinə heç cür dəlalət etmir. Məqaləni oxuyanda çox pis oldum. Həbibi yaxşı tanıyıram, onda qərəzçilik var. İlkindən əvvəl mənim tələbəm olmuş Cavid Hüseynov haqqında da qərəzli yazı yazmışdı. “Futbol+”in sahibi Vüqar bəylə isti münasibətlərim var. Bir neçə dəfə qəzetdə gedən qeyri-obyektiv yazı ilə bağlı onunla görüşmüşəm. İradlarımı bildirmişəm. Sağ olsun, qəbul eləyib. Onlardan birini misal çəkə bilərəmbir neçə il əvvəl Xocalı faciəsi günü qəzetin birinci səhifəsində Eduard Markarovun şəklini yerləşdiriblər. Etirazımı bildirdim, belə bir gündə erməninin şəklinin getməsi dərəcədə düzgün idi? Çoxda ki, “Neftçi oynayıb, medal qazanmamızda əməyi olub.

Baş verənlər məndə təəssüf hissi oyadır. Başa düşmürəm, qəzet əməkdaşını Antalyaya nəyə görə göndərib? Yazı yazmağa, material hazırlamağa, yoxsa kiminsə şəxsi işlərinə qarışmağa, nələrisə uydurmağa? Bir daha təkrar edirəm, Həbibdə qərəzçilik var bu yazının məqsədli şəkildə ərsəyə gəlməsinə şübhəm yoxdu. Fikrimcə, sözügedən məqalə Həbibə, Futbol+”ə başucalığı gətirməyib “.

İlkin Qırtımov:

Mənim bütün jurnalistlərə hörmətim var. Onlar da bizim uçun çalışırlar. Amma bele yalan danışmaq olmaz. Həbib həmin yazını yazıb. Əgər yazılanlar düz olsa idi, məni çoxdan komandadan qovardılar. Sağ olsun məşqçimiz rəhbərlikhaqlı olduğumu anladılar. Yalandan heç kimə şər atmaq, görmədiklərini demək olmaz. Allahdan qorxmaq lazımdı. İndi susuram. Belə səviyyəsiz söhbətlərə cavab vermək istəmirəm. Amma vaxtı gələndə cavablarını layiqincə alacaqlar”.

İlqar Tağıyev, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail