N.Məmmədov: “Mövsümün ikinci hissəsi daha kompromissiz olacaq” Müsahibə

03.02.2013 | 4863 dəfə oxunub

“İnter” komandasının direktoru Natiq Məmmədov klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

-Komanda Türkiyədəki toplanış prosesini artıq başa çatdırır. Hazırlığın gedişi barədə nə deyə bilərdiniz?

-Bütün bu vaxt ərzində məşq prosesini izlədim və deyə bilərəm ki, komanda böyük iş yerinə yetirdi. Futbolçular çox yaxşı çalışdılar. Bu toplanışlar mühüm əhəmiyyət kəsb edir, bunların nəticəsini mövsümün ikinci hissəsində mütləq görəcəyik.
 
-Toplanış çərçivəsində komanda 4 yoxlama matçı keçirdi, bu gün isə komandanı daha bir oyun gözləyir. Bu matçlarda “İnter” Sizə necə təsir bağışladı?
 
-Belə oyunlar ilk növbədə oyun praktikasının saxlanması, həmçinin heyətin variasiyası və komanda oynununun təşkili, xətlər arasında əlaqələrin yaxşılaşdırılması üçün lazımdır. Bununla belə, hesab edirəm ki, bu qarşılaşmalarda “İnter” özünü kifayət qədər yaxşı tərəfdən göstərdi. Biz alman klublarına heç nədə uduzmadıq, Zaporojye şəhərindən olan “Metallurq” komandasıyla keçirilən oyun barədə də eyni sözləri deyə bilərəm. “Ordabası” ilə oyunda biz rəqibi məğlub etdik.
 
Xoşdur ki, gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərirlər. Onlar-Azərbaycan futbolunun gələcəyidirlər və bizim klubda gənc oyunçulara xüsusi diqqət verilir.
 
-Komandanın hazırlığı üçün yaradılmış şəraitdən razı qaldınız?
 
-Deyə bilərəm ki, burada təşkilat yüksək səviyyədədir. Komandanın hazırlığı üçün lazımi şərait yaradıldı. Cərəncamımızda futbol meydançaları, trenajor zalı və futbolçuların sürətli bərpası üçün zəruri şərait var. Klubun rəhbərliyi komandanı zəruri şəraitlə təmin etdi.
 
-Bundan başqa, zədə üzündən uzun zamandır komandadan ayrı düşən Petar Zlatinov və Giorgi Adamiya da artıq “İnter”in sərəncamındadırlar.
 
-Bu oyunçuların komandaya qayıtmaları bizi sevindirir.  Onlar kifayət qədər təcrübəli futbolçulardır və mövsümün ikinci hissəsində bizə kömək etməlidirlər. Biz daha bir forvard transfer etmişik-Yuri Fomenko komandanın hücum gücünü artırmalıdır.
 
-Mövsümün ikinci hissəsində komandanı çox çətin oyunlar gözləyir. Sizin nəzərinizcə, “İnter” birinci yeri qoruyub saxlaya və 3-cü dəfə çempion titulunu qazana biləcək?
 
-Bunun üçün bizim potensialımız var: savadlı məşqçilər korpusu, yaxşı futbolçu heyəti və oyun tərzi. Düşünürəm ki, “İnter” birinci yeri qoruyub saxlaya bilər. Aydındır ki, mövsümün ikinci hissəsi daha kompromissiz olacaq, ancaq mənim nəzərimcə, biz bu tempi saxlaya bilərik. Çempionatın ilk hissəsində komandamız öz potensialını göstərdi, bizə məqsədimizə doğru irəliləmək və lazım olan xalları qazanmaq lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail