Millinin üzvlərinin toplanış barədə fikirləri

03.02.2013 | 4255 dəfə oxunub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçən Azərbaycan milli komandasının futbolçuları hazırlıqla bağlı fikirlərini bldiriblər.
 
Rauf Əliyev: “Yaxşı toplanış keçirik. Hər ilin əvvəlində milli komandanın Dubay toplanışı olur. Vacib təlim-məşq toplanışıdır. Gündə iki dəfə məşq edirik. Hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirəcəyik. Qarşıdakı oyunda qalib gəlsək, mart ayındakı seçmə görüşlərə daha yaxşı əhval-ruhiyyədə çıxarıq. Hər şey yüksək səviyyədədir. Milli komandanın heyətinə həmişə gənc futbolçular dəvət olunur. Onlar da çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Milli komandada hər futbolçu oynamaq istəyir”.
 
Rasim Ramaldanov: “Toplanış plana uyğun davam edir. Gündə iki dəfə məşq keçirik. Hazırlıq çərçivəsində artıq yoxlama oyunu keçirmişik. Özbəkistan milli komandası ilə qolsuz heç-heçə oynadıq. Pis nəticə olmadığını düşünürəm. Qarşıda bizi Lixteynşteyn millisi ilə oyun gözləyir. Çalışacağıq ki, həmin oyunda qələbə qazanaq”.
 
Vaqif Cavadov: “Milli komandaya yeni oyunçular dəvət olunub. Bu təlim-məşq toplanışının əsas məqsədi DÇ-nin seçmə oyunlarına hazırlaşmaqdır. Həm klublarımızda, həm də milli komandanın toplanışlarında yaxşı hazırlıq keçməyimiz müsbət təsirini göstərəcək. Milli komandada futbolçular həmişə bir yerdə olmurlar. Ay ərinzdə bir dəfə toplaşırıq. Ona görə bu cür təlim-məşq toplanışları lazımdır. Dediyim kimi, mart ayında bizi səfərdə Lüksemburq yığması ilə vacib oyun gözləyir. Səfərə ancaq 3 xal dalınca gedəcəyik. İnanırıq ki, burda yaxşı hazırlaşıb Lüksemburda sərfəli nəticə qazanacağıq”.
 
Elhad Nəziri: “Bu təlim-məşq toplanışına bir neçə gənc oyunçu dəvət olunub. Dubay toplanışının əsas məqsədi DÇ-nin seçmə oyunlarına daha yaxşı hazırlaşmaqdır. İnşallah bu hazırlıqdan maksimum yararlanarıq. Biz gənc oyunçular da əlimizdən gəldiyi qədər özümü göstərməyə çalışırıq”.

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail