Uzun danışıqlardan
sonra "Milan"a cəlb olunan Mario Balotelli yeni klubu haqda danışıb. Stadium.az xəbər verir ki, gənc oyunçu "Milan"ın rəsmi saytına verdiyi açıqlamada keçidini belə
şərh edib: "3-4 il ərzində çox şey dəyişib. İndi mən böyümüşəm.
"Milan"a isə lider olmaq üçün gəlmişəm. "İnter" oyun
xatirinə çıxış edirdim, burada isə komandanın lideri olmaq arzusundayam. Milana
qayıtmağım mənim üçün böyük əhəmiyyət kəsb edir. Çünki ailəm və dostlarım indi
yanımda olacaqlar. Bir sözlə, Milanda olduğum üçün çox şadam. Düzdür, İtaliya
ilə müqayisədə İngiltərədə futbol daha da inkişaf edib. Amma mən Britaniyada
istədiyim kimi oynaya bilmirdim. Bunun da müəyyən səbəbləri var. Onları
xatırlamaq belə istəmirəm. Əminliklə söyləyirəm ki, "Milan"a keçmək
haqda arzum var idi. Elə bu səbəbdən də indi buradayam. "Milan"da bu
cür qarşılanacağımı heç gözləmirdim. Bu, mənə çox xoş gəldi. Milan derbisində qol
vursam, bunu qeyd edəcəyəm? "İnter"ə qol vursam, sevinməyəcəyəm,
bundan qürur duyacağam. Если у нас и были какие-то
разногласия в прошлом, они устранены. Düşünmürəm ki, "İnter"in
azarkeşləri məndən küsməlidirlər. "Milan" mənim seçimimdir və hər kəs
də bu qərarımı hörmətlə qarşılaşmalıdır".