"Rəvan"dan ardıcıl üçüncü "sülh"

02.02.2013 | 4826 dəfə oxunub

Premyer-liqada çempionatın yerdə qalan bölümünə hazırlığını davam etdirən "Rəvan” futbol klubu dünən növbəti yoxlama matçını keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komandanın budəfəki rəqibi I divizionun iddialılarından "Neftçala” olub.

"Bayıl Arena”da keçirilən və start fiti 16:00-da səslənən görüşdə baş məşqçi Ramil Əliyev yenə müəyyən eksperimentlər həyata keçirib. Hər halda sınaq matçlarını "poliqon”a çevirməklə çempionat üçün dəyərli nəticələr əldə etmək olar və "sükan sahibi” bu fürsətdən maksimum yararlanmaq istəyirdi. Üstəlik, təxminən 1 həftədir komandanın fiziki hazırlığa xüsusi diqqət ayırması futbolçuların meydanda yorğun olmasına gətirib çıxarmışdı. Elə bu üzdən də futbolçular ləng hərəkət edirdi.

Oyuna gəlincə, komanda ardıcıl 3-cü dəfə heç-heçə etdi. Daha öncə "Qaradağ Lökbatan” və "Sumqayıt”la 1:1 oynayan "Rəvan” ənənəsinə sadiq qaldı: yenə 1:1 hesabı qeydə alındı. İlk yarının sonlarında hakimin heç nədən təyin etdiyi penalti nəticəsində reallaşan qolla hesabda geri düşən komanda matçın sonuna 10 dəqiqə qalmış bərabərlik qolunu vurdu. Komandada baxışda olan Ramazan Abbasov künc zərbəsindən sonra müdafiəçilərin ilk cəhddə uzaqlaşdırdığı topu cərimə meydançası xətti üzərindən güclü zərbəylə rəqib toruna göndərdi.

Beləliklə, "Rəvan" premyer-liqanın 2013-cü ildəki bölümünə hazırlıq çərçivəsində keçirməyi planlaşdırdığı oyunları tam başa vurdu. Sabaha bərpa prosesi çərçivəsində bir sıra layihələr nəzərdə tutulub. Bazar günü komanda üzvləri istirahət edəcək. Gələn həftədən başlayaraq isə komanda sırf "Turan”la premyer liqanın fevralın 9-da baş tutacaq görüşünə hazırlaşacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail