"Bakı" və "Atletiko" arasında saziş imzalandı

02.02.2013 | 4451 dəfə oxunub

Dünən FİTUR-2013 sərgisinin keçirildiyi Feria de Madrid sərgi kompleksinin VİP zalında "Bakı" futbol klubu və "Atletiko" Madrid klubları arasında rəsmi imza və təqdimat mərasimi keçirildi. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, toplanatıya "Atletiko" Madrid klubunun rəhbərliyi, "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov, icraşı direktor Yaşar Seyidov, media və marketinq departamentinin direktoru Nəriman Mehdiyev, Azərbaycanın İspaniyadakı səfirliyinin nümayəndələri, Azərbaycan respublikası Mədəniyyət və Turizm nazirliyinin təmsilçiləri, çoxsaylı media nümayəndələri və rəsmi qonaqlar qatıldılar.

Tədbirdə giriş sözü ilə çıxış edən "Atletiko" Madrid klubunun prezidenti Enrike Sorezo (Enrique Cerezo) ümumilikdə Azərbaycan Respublikası, xüsusən də, "Bakı" futbol klubu ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, bu müqavilənin iki ölkə xalqları arasında möhkəm dostluq bağlarının yaranması və inkişafı baxımından önəmli olduğunu bildirdi. 

Cavab sözü ilə çıxış edən 
"Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov dünyanın aparıcı klublarından biri olan "Atletiko" Madridlə əməkdaşlığın istənilən qurum üçün fəxarət mənbəyi olduğunu vurğulayaraq, bu müqavilənin tək idman deyil, mədəniyyət və turizm sahəsində də faydalı olacağını ifadə etdi.

2013-2014-cü illər ərzində təlim, təhsil, təcrübə mübadiləsi və s. sahələrdə geniş əməkdaşlığı nəzərdə tutan müqaviləni İspaniya tərəfdən "
Atletiko" Madrid klubunun prezidenti Enrike Sorezo və "Bakı" futbol klubu  tərəfindən iki klub arasında aməkdaşlığın koordinasiya mərkəzinin rəhbəri Sənan Məmmədov imzaladılar.

Tədbirdə iştirak edən "
Atletiko" Madrid klubunun üzvləri üzrəində Land of fire Azerbaijan yazılımış futbol geyimlərini imzalayaraq, xatirə fotosu çəkdirdilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail