"Onun narazılığını öz ünvanıma da qəbul edirəm"

01.02.2013 | 4681 dəfə oxunub

Təlim-məşq toplanışını davam etdirən "Kəpəz"in heyətində təcrübəli futbolçularla yanaşı, gənclər də əzmlə çalışıb, məşqçilər korpusunun rəğbətini qazanmağa səy göstərir. Stadium.az xəbər verir ki, onlar arasında Məhərrəm Hüseynov da var. Ötən yay "dubl"dan əsas komandaya dəvət olunan Hüseynov çempionat oyunlarında əsas heyətin üzvlərindən olub. Yarımmüdafiəçi klubunn rəsmi saytına komandanın hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb: "Məşqlərimizi davam etdiririk. Hazırlıq prosesində məşqçilərin göstərişinə uyğun çalışırıq. Məşqlər ağır olsa da, verilən tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edirik. Hər şey yaxşıdı, yavaş-yavaş irəliləyiş hiss olunur. Yoxlama oyunlarında özümüzü göstərib, baş məşqçimizin etimadını doğrultmağa səy göstəririk".

Hüseynov çempionatın qarşıdakı hissəsi haqda da danışıb. O, komandanın qeyri-qənaətbəxş çıxışına son qoyacağına inamını ifadə edib: "Bizi çox çətin oyunlar gözləyir. Durumumuz hamıya məlumdu. Əlimizdən gələni edib, turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmalıyıq. Nə bacarırıqsa, onu edəcəyik. Gücümüzə görə nəticə qazanmağa çalışacağıq".

Futbolçu "Kəpəz"də gənclərə göstərilən etimaddan bəhs edərək, bunu özü və həmyaşıdları üçün böyük şans hesab etdiyini bildirib: "Bildiyiniz kimi, komandada gənc futbolçular çoxdu. Baş məşqçimiz Mahmud Qurbanov da cavanlarla işləməyə üstünlük verir. Bu bizlər üçün əla imkandı və bundan istifadə etməliyik. Klub rəhbərliyinin və məşqçilərimizin ümidlərini doğrultmağa çalışırıq. Mahmud müəllim gənclərdən şikayət edəndə onun narazılığını öz ünvanıma da qəbul edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail