"Neftçi" çilili yarımmüdafiəçini heyətinə qatdı

31.01.2013 | 7616 dəfə oxunub

"Neftçi" növbəti transferini rəsmiləşdirmək üzrədi. Bu haqda Stadium.az-a "ağ-qaralar"ın vitse-prezidenti Tahir Süleymanov məlumat verib: "Dünən klubumuzun prezidenti Sadıq Sadıqovun, məşqçilər korpusunun iştirakı ilə toplantı keçirildi. Baxışda olan futbolçular haqda məşqçilərin fikirləri dinlənildi. Alınan qərarə əsasən, çilili Xose Luis Kalbionla müqavilə imzalayacağıq. Onunla sözləşmənin müddəti 6 ay +1 il olacaq. O komandamıza azad agent kimi qoşulub".

Klub rəsmisi onu da əlavə edəb ki, "Neftçi" transfer çalışmalarını davam etdirir. Qarşıdakı günlərdə komandanın heyətini gücləndirəcəyi istisna olunmur.

Qeyd edək ki, Xose Luis Kabion Diantanın fevralın 11-də 30 yaşı tamam olacaq. 2004-cü ildə peşəkar karyerasına "Deportes Melipilla"da başlayan (86 oyun, 1 qol) futbolçu daha sonra Çilinin ən tanınmış klublarından olan "Kolo-Kolo"ya transfer olunub. 1 il (2007) burada oynadıqdan sonra Xose Luis Kabion icarə əsasında 2008-ci ili "Everton"da (11 oyun), 2009-cu ili "Santiaqo Morninq"də (21 oyun), 2010 və 2011-ci illəri "Cobresal"da (64 oyun 1 qol) keçirib. Son iki ildə isə çilili futbolçu "Kolo-Kolo"da (28 oyun) forma geyib. "Neftçi"nin yeni transferi 2007-ci ildə Çili millisinin heyətində 6 matça çıxıb.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail