Azər Məmmədov karyerasını bitirməsindən danışdı

30.01.2013 | 4185 dəfə oxunub


"Kəpəz"in kapitanı Azər Məmmədovun futbolçu karyerasını başa vurduğu haqda xəbər vermişdik. Stadium.az xəbər verir ki, 36 yaşında yaşıl meydanlara əlvida deyən müdafiəçi klubun rəsmi saytına açıqlamasında verdiyi qərardan danışıb: "Futbolçu həyatı elə də uzun deyil. Hər bir şeyin sonu olduğu kimi futbolçu karyerasının da sonu var. Bir müddət oynadıqdan sonra başını qaldırıb görürsən ki, getmək vaxtıdır. Düşündüm və bu addımı atdım. Karyeramı bitirmək qərarına gəldim. Düzünü desəm, hələ oynaya biləcəyimi düşünürdüm. Amma getməyi qətiləşdirdim".
Futbolçu həyatı ilə vidalaşsa da, Azər Məmmədov "Kəpəz"i tərk etməyib. O, klubda qalaraq, məşqçiliyə başlayıb: "Klub rəhbərliyi mənə məşqçi işləməyi təklif etdi. Futbolu sevirəm və karyeramı bitirdikdən sonra da bu sahədə çalışmağı istəyirdim. Belə də dəvəti qəbul etdim. Artıq işimin başındayam. Əvəzedicilərlə çalışıram. Bu işə qol qoymuşamsa, çalışacağam ki, uğur qazanım".





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail