"Bakı" mötəbər FİTUR 2013 sərgisində FOTOLENT

30.01.2013 | 4243 dəfə oxunub

Bu gün İspaniyanın paytaxtı Madrid şəhərində ənənəvi FİTUR turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Stadium.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı idman sektoru da təmsil olunur. İdman sahəsində ölkəmizi "Bakı" futbol klubu təmsil edir. Onu da qeyd edək ki, ilk dəfədir ki, Mədəniyyət və Turizm nazirliyinin turizm sərgisində Azərbaycanın idman sektoru təqdim olunur. Bu şərəfli missiya "Bakı" futbol klubunun üzərinə düşür.

Sərginin açılış mərasiminə qatılan Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan bölümündə yer alan materiallarla tanış olaraq, sərgi iştirakşılarına uğurlar arzuladılar. 

"Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov fəxri qonaqlara "Bakı" futbol klubunun sərgidə iştirakı barədə ətraflı məlumat verdi. Klubumuzun 
media və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyev ziyarətçiləri "Bakı" futbol klubunun beynəlxalq əlaqələri, o cümlədən, İspaniyanın "Atletiko" Madrid klubu ilə əməkdaşlıq, bu müqavilənin Azərbaycan futboluna verəcəyi böyük fayda və perspektivlər haqda məlumatlandırdı. 

Sərginin ilk günü Azərbaycan bölümü böyük marağa səbəb oldu. Fərəhlidir ki, "Bakı" futbol klubunun stendi önündə çoxsaylı ziyarətçi axını izləmək artıq adi hal kimi qəbul olunur. Diqqtədən yayınmır ki, İspaniya əhalisi və müxtəlif ölkələridən gələn qonaqlar klubumuz haqda daha çox məlumat əldə etmək niyyəti ilə stendimizin qarşısında daha çox ayaq saxlayırlar. Ümumiyyətlə, sərginin ilk günü Azərbaycan bölümünü on minlərlə adam ziyartə edib. 

Madridin İFEMA sərgi mərkəzində 5 gün ərzində davam edəcək beynəlxalq sərgidə 
"Bakı" futbol klubunun infrastruktir çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, "Atletiko" ilə əməkdaşlıq barədə ətraflı məlumat veriləcək, təbliğat-təşviqat materialları, klub atributları, tarixi video və audio vəsaitləri yer alır. 

Məlumat üçün əlavə edək ki, FUTUR sərgidi dünyanın ən böyük sərgi-nümayiş mərkəzlərindən biri kimi qəbul olunur. 33-cü dəfə keçiriləcək ənənəvi sərgi daim tək İspaniyanın deyil, eyni zamanda iş dünyasının diqqtə mərkəzində olur. Ötən il sərgini 154 ölkəni təmsil edən 6313 jurnalist işıqlandırıb. Bu il sərgiyə 167 ölkədən 9142 şirkət və dövlər strukturu qatılıb.

"Bakı" futbol klubu və İspaniyanın "Atletiko" klubları arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan əməkdaşlıq şərtlərdən yararlanan klubumuz bu mötəbər sərgidə "Atletiko" saatları təşkil edəcək.  "Atletiko" futbolçuları və klub rəhbərliyinin nümayəndələri 1 fevral 2013-cü il tarixində sərgini ziyarət edəcək, futbol geyimləri imzalayaraq, ziyarətçilərə hədiyyələr paylayacaqlar.

Sərginin əhəmiyyəti barədə yalnız o faktı vurğulamaq kifayət edər ki, ötən il FUTUR sərgisini 100 mindən artıq Madrid sakini və şəhərin qonaqları ziyarət edib. 


33-cü FUTUR Beynəlxalq Turizm sərgisi 
3 fevral 2013-cü il tarixlərinə qədər davam edəcək. 


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail