“Kəpəz”ə olan sevgim ananın övladına olan sevgisinə bənzəyir” Müsahibə

30.01.2013 | 3374 dəfə oxunub

Futbola könül verənlər arasında kişilərlə yanaşı, xanımlarımız da var. Zəriflərdən bəziləri hətta kişilərdən də çox futbola maraq göstərir. Müsahibimiz də elə bu xanımlardan biri olan Ləman Mustafaqızıdı.

Sizdə futbola maraq necə yaranıb?
Ailəmizdə atam futbola elə də maraq göstərməyib. Onun topla oynadığını belə görməmişəm. Futbolla ilk tanışlığımın vasitəçisi qonşumuz Mətləb olub. Həyətdə ondan başqa oğlan olmadığından məcburən mənə futbolu öyrətdi. Amma sadəcə qapıda dayanırdım, imkan vermirdi mən də top vuram. Belə-belə məndə futbola maraq yarandı.

Bu idman növündə sizə maraqlı olan nədir?
İdmanın bütün növlərini sevirəm, eləcə də futbolu. Kənardan baxanda adama elə gəlir ki, 22 nəfər bir topun arxasınca qaçır. Lakin oyunun içində olanda qapıya top vurmağın insana necə sevinc bəxş etdiyini anlamaq olur. Futbolu sevmək üçün onu oynamaq lazımdır.

Bizdə adətən xanımlar stadionlara getmir. Sizcə, bu nədən qaynaqlanır?
Əgər xanımlar stadionlarda oyunu izləməyə getmirlərsə, bunun səbəbi elə kişilərdir. Hər bir kişi xanımını, ata qızını, qardaş bacısını özüylə futbola aparsa, zamanla biz də stadionlarda bəylərlə yanaşı, xanımları da görə biləcəyik.

“Kəpəz”ə olan sevginiz haqda nə deyə bilərsiniz?
“Kəpəz”ə olan sevgim ananın övladına olan sevgisinə bənzəyir. Övladı nə qədər xətalar etsə də, ana yenə balasını sevir. Mən də “Kəpəz”i elə sevirəm. Onun qələbələri və məğlubiyyətləri ilə.

Sizdə “Kəpəz”in şərfi və ya hər hansı bir geyimi var?
Şərfim var, amma köynək də hədiyyə etsəniz etiraz etməzdim. (gülür)

Komandanın oyununu stadiondan izləmisiniz?
İzləmişəm, sonuncu oyununa Bakıda “Dalğa Arena”dan baxmışam. Komandanı canlı izləmək, onlara daha yaxın olmaq, düşünürəm ki, futbolçularda qələbə əzmini artırır. Qalibiyyət heç vaxt tək başına alınmaz. Gərək komandayla azarkeşlər birgə çalışa, qələbə və məğlubiyyətləri birgə yaşaya,bir–birlərinə dəstək ola.

Ayrı hansı komandaların oyununa maraq göstərirsiniz?
Məni tanıyan hər kəs bilir ki, iki sevimli futbol komandam var: biri sizə də məlum olan “Kəpəz”, digəri isə Güney Azərbaycanımın “Traxtor Sazi” komandasıdır. İkisi də mənə eyni qədər əzizdilər.

Azərbaycan yığma komandasının oyunlarını izləyirsiniz?
İmkan olduqca izləməyə çalışıram.

Ötən ildə ölkəmizdə keçirilən 17 yaşlı qızlar arasında dünya çempionatını necə, izlədiniz?
Yox, izləmədim. Olurdu bəzi maçtlara göz qoyurdum,amma buna izləmək demək olmaz.

xemse-fan.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail