“Sumqayıt” FK STATİSTİKALARLA

29.01.2013 | 5916 dəfə oxunub

“Sumqayıt” FK-da ən çox qol vuran futbolçu kimdir?

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının arxada qalan 18 turunda 17 dəfə rəqib qapılarına yol tapıb. Komandamızın ən məhsuldar futbolçusu Azərbaycan əsilli Pərdis Fərcad-Azaddır. 23 yaşlı forvard cari mövsümdə Premyer Liqada 5 qola imza atıb. 19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Orxan Əliyev, U-21-in üzvü Ruslan Qurbanov və Sabir Allahquliyev isə hərəyə 2 dəfə fərqləniblər. Komandanın buraxdığı qollara gəlincə, 10 oyunda çərçivəni qoruyan Səlahət Ağayev 17 dəfə topu tordan çıxarmalı olub. İkinci qapıçı Elçin Sadıqov isə altı oyunda meydana çıxıb və 7 dəfə məyus olub. İki görüşdə meydanda olan Anar Məhərrəmov isə qapısında 8 qol görüb.

Vurulan qollar: Pərdis Fərcad-Azad – 5 (qol), Orxan Əliyev – 2, Ruslan Qurbanov – 2 (1/1), Sabir Allahquliyev – 2, Murad Ağayev – 1, Aftandil Hacıyev – 1, Emin Cəfərquliyev – 1, Uğur Pamuk – 1, Ceyhun Sultanov – 1 (1/1), Məhəmməd Mirzəbəyov – 1.

Buraxılan qollar: Səlahət Ağayev – 17, Elçin Sadıqov – 7. Anar Məhərrəmov – 8.

Sarı və qırmızı vərəqələrin statistikası
Hakimlər “Sumqayıt” FK-nun 18 üzvünü 2 qırmızı və 53 sarı vərəqə ilə cəzalandırıb. Komandamızın heyətində ən çox sarı vərəqə alan futbolçu Slavik Alxasovdur. 19 yaşlı müdafiəçinin passivində 7 sarı vərəqə var. “Sumqayıt” FK-nun iki üzvü isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bunlar Aftandil Hacıyevlə Uğur Pamukdur.

Sarı və qırmızı vərəqələr
Uğur Pamuk – 5 - 1
Aftandil Hacıyev – 2 – 1
Slavik Alxasov – 7
Pərdis Fərcad-Azad – 6
Samir Abasov – 5
Məhəmməd Mirzəbəyov – 4
Murad Ağayev – 4
Ceyhun Sultanov – 3
Ruslan Qurbanov –3 
Sabir Allahquliyev – 3
Emin Cəfərquliyev – 2
Xəyal Mustafayev – 2
Murad Doymuş – 1
Orxan Əliyev – 1 
Ramil Həşimzadə - 1
Səlahət Ağayev – 1
Taner Takyak – 1
Elçin Sadıqov – 1

Qeydə alınan nəticələr
“Sumqayıt” – AZAL 2:2
“Turan” – “Sumqayıt” 0:1
“Sumqayıt” – “Qarabağ” 1:6
“Qəbələ” – “Sumqayıt” 4:1
“İnter” – “Sumqayıt” 1:0
“Sumqayıt” – “Neftçi” 3:2
“Sumqayıt” – “Bakı” 1:0
“Simurq” – “Sumqayıt” 1:0
“Sumqayıt” – “Rəvan” 0:1
“Kəpəz” – “Sumqayıt” 0:0
“Sumqayıt” – “Xəzər Lənkəran” 1:1
“Sumqayıt” – “İnter” 0:0
“Neftçi” – “Sumqayıt” 8:1
AZAL – “Sumqayıt” 1:1
“Sumqayıt” – “Simurq” 0:1
“Sumqayıt” – “Qəbələ” 0:1
“Rəvan” – “Sumqayıt” 2:3
“Sumqayıt” – “Kəpəz” 2:1

Evdə    10 3 3 4 10-15 12
Səfərdə 8  2 2 4 7-17   8

Evdə daha çox tamaşaçı
“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasında ən çox azarkeşə sahib olan klublardandır. Gənclik şəhərinin təmsilçisi evdəki görüşlərdə azarkeşlərinin dəstəyini demək olar ki, daim hiss edir. Klubumuzun evdə keçirdiyi oyunları 37550 nəfər izləyib. Bu göstərici səfərdəki oyunlarda 13650 nəfərdir. Evdə “Qarabağ”, “Neftçi” və “Rəvan”la oyunlar ən çox qeydə alınmış görüşlər olub.

Evdə ən çox tamaşaçı
“Sumqayıt” – “Qarabağ” 1:6 – 8000
“Sumqayıt” – “Neftçi” 3:2 – 8000
“Sumqayıt” – “Rəvan” 0:1 – 8000

Evdə ən az
“Sumqayıt” – “Kəpəz” 2:1 – 150

Səfərdə ən çox
“Turan” – “Sumqayıt” 0:1 – 6000

Səfərdə ən az
AZAL – “Sumqayıt” 1:1 – 200

Elvin Əsgərov ən çox oyun idarə edən hakimdir
Arxada qalan 19 turda 9 ədalət təmsilçisi “Sumqayıt”ın oyunlarını idarə edib. Əyalət təmsilçisinin oyunlarına ən çox təyinat alan referi Elvin Əsgərovdur. Əsgərov 4 görüşdə baş hakim kimi Raabın komandasını meydana çıxarıb. Gənclik şəhərin təmsilçisi onun idarə etdiyi görüşlərdə 6 xal toplamağı bacarıb.

Baş hakimlər:
Elvin Əsgərov – 4 (+, +, -, -)
Rauf Cabbarov – 3 (+, -, -)
Anar Salmanov – 2 (+, =)
Rəhim Həsənov – 2 (=, =)
Əliyar Ağayev – 2 (=, =)
Elçin Məmmədov – 2 (-, -)
Vüsal Əliyev – 1 (+)
Orxan Məmmədov – 1 (-)
Fariz Yusifov – 1 (-)

Baş hakimin köməkçiləri:
Rahil Ramazanov – 3
Nahid Əliyev – 3
Azər Əsgərov – 3
Mehman Mahmudov – 3
İsgəndər Əliyev – 3
Munis Abdullayev – 3
Namiq Hüseynov – 3
Mübariz Haşımov – 2
Elşən Acalov – 2
Coşqun Həsənov – 2
İlham Əliyev – 2
Ramiz Əsədov – 2
Yaşar Abbasov – 1
Zeynal Zeynalov – 1
Rza Məmmədov – 1
Elman Musayev – 1
Knyaz Əmiraslanov – 1

Dördüncu hakimlər:
Tahir Əhmədov – 5
Fərid Məmmədov – 3
Orxan Məmmədov – 2
İnqilab Məmmədov – 2
Ömər Paşayev – 2
Əliyar Ağayev – 1
Elçin Məmmədov – 1
Feyzulla Feyzullayev – 1
Elvin Əsgərov – 1

Qeyd: + qələbə, = heç-heçə, - məğlubiyyət deməkdir.

“Sumqayıt” FK Azərbaycan kubokunda
Ölkə kubokuna 1/8 final mərhələdən start verən “Sumqayıt” Futbol Klubu səfərdə 200 tamaşaçı qarşısında “Bakı” ilə qarşılaşıb. Rauf Cabarovun idarə etdiyi görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsilə yekunlaşıb. “Sumqayıt”ın yeganə qoluna penaltidən Murad Hüseynov imza atıb.
Qeyd edək ki, bu qarşılaşmada “Sumqayıt”ın iki üzvü – Emin Cəfərquliyevlə Xəyal Mustafayev sarı vərəqə ilə cəzalandırıldı.

90. Anar Məhərrəmov – 90 dəqiqə
4. Samir Abasov – 90
8. Aqşin Muxtaroğlu – 62
77. Əbülfət Abbasov – 28
11. Sabir Allahquliyev – 90
13. Murad Ağayev – 90
17. Emin Cəfərquliyev – 90
22. Xəyal Mustafayev – 90
25. Aydın Qasımov – 90
27. Ramil Həşimzadə - 46
7. Pərdis Fərcad Azad – 44
70. Şamil Camaləddin – 90
95. Ruslan Nəsirli – 64
50. Murad Hüseynov – 2

www.sumqayitpfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail