XXI əsrin 600 ən güclü klubu arasında 5 Azərbaycan təmsilçisi

29.01.2013 | 3932 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin arxada qalan hissəsi üçün dünyanın ən yaxşı klublarının adlarını açıqlayıb. Stadium.az xəbər verir ki, 600 klubun yer aldığı siyahıda 5 Azərbaycan təmsilçisi də var. Klublarımızdan ən yaxşı göstərici "Neftçi"yə məxsusdur. "Ağ-qaralar" Türkiyənin "Konyaspor" klubu ilə birgə 287-ci yeri bölüşdürür. "Qarabağ" 330-cu, "Bakı" 397-ci, "İnter" 411-ci, "Xəzər Lənkəran" isə 426-cıdır. Cənub təmsilçisi bu mövqeni Danimarkanın "Orxus" və Portuqaliyanın "Riu Ave" klubları ilə birgə bölüşür.

Siyahıya "Barselona" başçılıq edir. "Mançester Yunayted" ikinci, "Real" isə üçüncüdür. İlk "10-luq"da həmçinin "Bavariya", "Arsenal". "İnter", "Liverpul", "Çelsi", "Milan" və "Lion" qərarlaşıb. 

Siyahıda xeyli sayda Türkiyə klubu da var. Hətta onların arasında tarixin yaddaşına kömək klublar da mövcuddur. Türkiyə təmsilçilərindən "Fənərbaxça" 38-ci ("Atletiko" ilə birgə), "Qalatasaray" 40-cı, "Beşiktaş" 44-cü, "Trabzonspor" 89-cu, "Gənclərbirliyi" 133-cü, "Qaziantepspor" 134-cü, "Bursaspor" 198-ci, "Denizlispor" 222-ci, "Kayserispor" 256-cı, "Ankaragücü" 289-cü, "Sivasspor" 343-cü, "Antalyaspor" 412-ci, "Çaykur Rizespor" 439-cu, "İstanbul BB" 485-ci, "Samsunspor" 497-ci, "Eskişehirspor" 505-ci, "Malatyaspor" 524-cü, "Ankaraspor" 525-ci, "Vestel Manisaspor" 543-cü, "Diyərbakırspor" 573-cü, "İstanbulspor" isə 593-cüdür. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail