Dünya çempionatı ilə bağlı şok iddia

29.01.2013 | 3507 dəfə oxunub

Qətərin 2022-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnu pulla almasını faktlarla sübut edən material yayılıb. Stadium.az xəbər verir ki, bu barədə Fransanın “France Football” jurnalının yeni sayında yazılıb.

Yazıda bildirilir ki, 2010-cu ilin noyabrın 23-də - Mundialın təşkilatçılığı ilə bağlı qərarın verilməsinə iki həftə qalmış Yelisey sarayında Fransanın ovaxtkı prezidenti Nikolya Sarkozi ilə Qətər şahzadəsi Tamim bin Hamad əl Tani və PSJ-nin sabiq sahibi Sebastyen Bazen arasında məxfi görüş keçirilib. Həmin görüşdə Sarkozi məsələnin həllində Qətərə kömək edəcəyini açıqlayıb.

Amerikalı mütəxəssislərin jurnal üçün hazırladığı 22 səhifəlik araşdırmadan məlum olur ki, Qətər tərəfi bu ölkəyə dəstək vermələri üçün dünya futbolunun ulduzları Zinəddin Zidan, Pep Qvardiola, Kristian Karambö və başqalarını pulla satın alıb. İddia edilir ki, konkret olaraq Zidana 11 milyon avro ödənilib.

“France Football” dərc etdiyi və etmədiyi sübutları FİFA-ya təqdim etməyə hazır olduğunu bəyan edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail