Erik Ramos: “Əsas rəqibimiz “Qarabağ”dı" Müsahibə

28.01.2013 | 5813 dəfə oxunub

Erik Ramos futbol həvəskarlarına yaxşı tanışdır. “Neftçi”nin uğurlu transferlərindən olan 25 yaşlı paraqvaylı dayaq yarımmüdafiəçisi komandanın aparıcı futbolçularından biridir. “Neftçi”nin Avroliqanın qrup mərhələsinə yüksəlməsində pay sahibi olan paraqvaylı futbolçu hazırda komandanın Antalya toplanışında düşərgədə yer almaqdadır. Ötən il millidə 5 oyuna çıxan, ancaq “Neftçi”yə gəldikdən sonra əsas komandaya dəvət almayan futbolçuya veriləcək suallar arasında bu mövzu da vardı. Amma əvvəlcə komandanın hazırkı durumundan başladıq.

- Komandada vəziyyət necədir?

- Hər şey yaxşıdır. Məşqlərimizi edir, oyun olanda oynayırıq. Hər şey öz qaydasında davam edir.

- Komandanın hazırlıq planı səni tam qane edirmi?

- Əlbəttə, işlər qaydasındadır. İndi komandaya İspaniyadan fiziki hazırıq üzrə məşqçi də gəlib. Ümid edirəm ki, onun da bizə böyük xeyiri dəyəcək.

- Fiziki hazırlıqdan söz düşmüşkən, bu yöndə işlər necədir?

- Hazırki vəziyyətə görə qaydasındadır. Qarşıda hələ vaxtımız da var. Toplanışın sonuna kimi daha da hazırlıqlı olacağıq.

- Keçirilən üç yoxlama oyununda qalib gəldiz...

- Bunlar dəqiq bir göstərici sayılmamalıdır. Əsas odur rəsmi oynlarda uğurlu çıxış edək.

- Necə düşünürsən, bu komanda çempionluq titulunu saxlayacaq gücdədir?

- Bizim komanda güclüdür və indi güclənmək yönündə işlər davam edir. Rəhbərlik komandaya yeni futbolçular da gətirib. Əsas odur ki, gələnlərin komandaya xeyiri olsun.

- Komanda daha da güclənməlidir?

- Buna mən qərar vermirəm.

- Davam edən toplanışda səni qane etməyən nəsə var?

- Yox, mən belə düşünmürəm. Hər şey qaydasındadır.

- Avroliqa zamanı çox yorulmuşduz. Bəs indi vəziyyət necədir?

- Biz digər klublarla müqayisədə bir-birindən ağır 12 oyun artıq keçirmişdik. Bu da bizim yüklənməyimizə, yorulmağımıza səbəb olmuşdu. Ancaq vəziyyət getdikcə qaydasına düşməkdədir.

- Bu toplanış o yorğunluğu tam olaraq aradan qaldıra biləcək?

- Məncə tam olmasa da, kömək edəcək. Futbolçu ancaq mövsümlərarası fasilədə yorğunluğunu unuda bilər. Amma bizdə bu yoxdur. Mövsümlərarası fasilədə Avroliqa oldu, sonra hələ də davam edən çempionat. Belə gərgin qrafikdə dincəlməyə vaxt qalmır axı.

- Çempionatda “Neftçi”nin şanslarını necə qiymətləndirirsən?

- İndiki duruma görə bizim vəziyyətimiz daha da yaxşı olmalıydı. Ancaq yersiz oyunlarda xallar itirdik. Əks halda indi lider biz idik. İndiki vəziyyətimizi pis adlandırmaq olmaz. Biz çempionatın əsas favoritlərindənik. Bunu qış fasiləsindən sonra bir daha görəcəksiniz.

- BəsNeftçinin əsas rəqibi kimi hansı komandaları görürsüz?

- Çempionat olduqca maraqlı keçir. İndi hansısa bir oyunda kimin qalib gələcəyini əvvəlcədən demək olmur. Ancaq komandaların gücləri müəyyən mənada bəllidir. Məncə bizim əsas rəqibimizQarabağdır. Onlar çox yaxşı formalaşıblar gözəl oyun göstərirlər.

- Çempionluq sözü verə bilərsən?

- Yox, bunu demək peşəkar futbolçuya yaraşmaz. Ən azından digər komandalara hörmətsizlik olar.

- Komandaya baxışa gələn futbolçular barədə düşünürsən?

- Onlar barədə qərar vermək mənə aid deyil.

- Daha əvvəl Paraqvay millisində çıxış etmisən. İndi niyə diqqətdən kənarda qalmısan?

- İndi heç özüm Paraqvay  millisində oynamaq istəmirəm. Çünki milli komandanın vəziyyəti çox pisdir.

- Bunu başa düşdük, axı sənə niyə diqqət göstərmirlər, maraqlanmırlar?

- Bilirsiz, millidə rəqabət çox yüksəkdir. Hazırda Paraqvay millisində səviyyəcə yüksək çempionatlarda çıxış edən futbolçular oynayır. Onlar olan yerdə millinin məşqçilərinin uzaq yerdə olan futbolçuya diqqət etmələri çox çətindir. Çünki mən onlardan çox uzaqdayam.

- Səninlə heç maraqlanmırlar?

- Niyə ki, arada olur.

- SənNeftçiylə hansı səviyyəyə çatmalısan ki, yenidən milliyə dəvət alasan?

- Bunu milli komandanın baş məşqçisi bilər.

- Avroliqanın qrup mərhələsində oynadın, yenə diqqətlərini çəkmədin. Onda belə düşünmək olar ki, Paraqvay millisinin qapıları sənin üçün bağlanıb?

- Yox, mən belə düşünmerəm. Hər futbolçunun özünün zamanı var. Yəqin, mənə növbə çatacaq.

- “Neftçidən getmək barədə düşünürsən?

- Yox, hələlik belə fikrim yoxdur.

- Bəs başqa təkliflərin var?

- Əlbəttə, bir çox təkliflər almışam, amma hazırda klubumla müqaviləm var mən buradakı durumumdan məmnunam. “Neftçi hər şey məni qane edir.

- Təkliflər haradandı?

- Bir çox yerdən var, amma bu barədə konkret danışmayacam.

- Azərbaycan Bakı barədə hansı fikirdəsən?

- Ölkəniz xoşuma gəldi. Tam səmimi deyirəm. Çox mehriban insanlarınız var. Bura mənim üçün olduqca gözəldir. İnsanlar da mehriban müasirdirlər.

- Bəs Bakı?

- Bakı da çox qəşəng şəhərdir. Həqiqətən Bakını çox bəyənirəm. Çox müasir şəhərdir, insanları kimi.

- Bəzi əcnəbi futbolçular futboldan sonra da burada yaşamaq istəyirlər. Sən bu barədə nəsə düşünmüsən?

- (gülür) Həqiqətən belədir. Niyə olmasın? Bu barədə mən düşünmüşəm, amma hələ qəti qərara gəlməmişəm.

ELNUR, Antalya, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail