332-ci derbini "Qalatasaray" qazandı YENİLƏNİB

27.01.2013 | 5317 dəfə oxunub

Superliqanın 19-cu turu çərçivəsində möhtəşəm İstanbul derbisi baş tutacaq. Stadium.az xəbər verir ki, lider "Qalatasaray" ən yaxın izləyicisi "Beşiktaş"ı sınağa çəkəcək. Hazırda komandaların turnir cədvəlində ilk 2 pilləni zətb etməsi bugünkü olan derbiyə olan marağı daha da artırır. Çünki "Qara qartal" səfərdən qələbə ilə dönsə, o zaman Superliqanın yeni lideri olacaq. Yox, 3 xalı "Cim-Bom" qazansa, Terimin yetirmələri rəqiblərindən bir qədər də aralanacaq. 

Bugünkü qarşıdurma "Qalatasaray"la "Beşiktaş"ın 332-ci oyunu olacaq. Əvvəlki 331 oyunda üstünlük "Qalatasaray"ın tərəfindədir. "Cim-Bom" 115 dəfə meydandan qələbə ilə ayrılıb. 111 görüşdə qalib aşkarlanmadığı halda, "Beşiktaş" 105 qələbə əldə edib. 331 matçda "Qalatasaray" 465, "Beşiktaş" isə 440 qol vurub.

***

Artıq komandaların heyətlərim bəllidir. "Qalatasaray"ın yeni transferi Uesli Sneyder oyuna ehtiyat oyunçular skamyasından başlayacaq. 

***

"QALATASARAY" - "BEŞİKTAŞ" 2:1 

Qollar: Çolak 3, Riera 45+1 - Sivok 46

Qırmızı vərəqə: Melo 61 ("Qalatasaray")

"Türk Telekom Arena"

Baş hakim: Tolqa Özkalfa

"Qalatasaray": 25 Fernando Muslera, 4 Hamit Altıntop, 8 Selçuk İnan, 9 Yohan Elmander, 10 Felipe Melo, 11 Albert Riera, 13 Dany Nounkeu, 19 Umut Bulut, 26 Semih Kaya, 52 Emre Çolak, 55 Sabri Sarıoğlu

Ehtiyat oyunçular: 67 Eray İşcan, 5 Gökhan Zan, 7 Aydın Yılmaz, 14 Uesli Sneyder, 17 Burak Yılmaz, 22 Hakan Balta, 50 Engin Baytar

"Beşiktaş": 23 Allan McGregor, 4 Manuel Fernandeş, 5 İbrahim Toraman, 6 Tomas Sivok, 8 Veli Kavlak, 10 Olcay Şahan, 13 Roberto Hilbert, 19 Gökhan Süzen, 20 Necip Uysal, 28 Mehmet Akgün, 37 Filip Holosko

Ehtiyat oyunçular: 1 Cenk Gönen, 7 Deitinyo, 14 Julien Eskude, 15 Oğuzhan Özyakup, 17 Mehmet Akyüz, 22 Ersan Gülüm, 24 Emre Özkan

***

Oyun başladı. 

1 Matça "Qalatasaray" başladı. 

3. QOLLLLLLLLLLLLLL. "Qalatasaray" hesabı açdı. 

3. Umutun ötürməsini Emre Çolak qapıdan keçirdi. "Qalatasaray" 1:0 öndədir. 

8. Qoldan sonra oyuna nəzarət edən tərəf "Qalatasaray"dı. 

13. "Qalatasaray" sağ cinahdan künc zərbəsi yerinə yetirsə də, "Beşiktaş"lı müdafiəçilər topu uzaqlaşdırdılar. 

14. "Beşiktaş"ın əks-hücumu təhlükəli alına bilərdi. Lakin Necip topa çata bilmədi. 

18. Fernandeşin cərimə zərbəsindən vurduğu top üstdən keçdi. 

23. Fernandeşin növbəti cərimə zərbəsi... bu dəfə müdafiəçilər topu uzaqlaşdırdılar. 

25. "Beşiktaş" oyun ərzində ilk qol epizodunu yaratdı. Lakin Hilbertin zərbəsində azacıq dəqiqlik çatışmadı.

27. Olcayın zərbəsi qapıdan aralı keçdi.  

30. Melonun zərbəsi üstdən keçdi. 

31. Fernandeşin zərbəsi Muslerada qaldı. 

33. Elmander sarı vərəqə ilə cəzalandı. 

45. Hakim ilk yarının sonuna 2 dəqiqə əlavə etdi.

45+1. QOLLLLLLLLLL. "Qalatasaray"dan ikinci qol.

45+1. Riera hesab arasındakı fərqi artırdı. 

Birinci hissə başa çatdı. 

İkinci hissə başladı. 

46. Komandaların heyətində 1 əvəzetmə var. "Beşiktaş"da Mehmet Akgünü Oguzhan Özyakup əvəzlədi.  

46. QOLLLLLLLLLLLLLLL. "Beşiktaş" ikinci yarıya qolla başladı. 

46. Sivok hesab arasındakı fərqi azaltdı. 

49. Altıntopun cərimə zərbəsi üstdən keçdi. 

52. Hamitin növbəti zərbəsi yenə dəqiq olmadı. 

55. Müdafiəçilər Elmanderin zərbə vurmasına imkan vermədilər. 

57. "Qalatasaray"da dəyişiklik. Uesli Sneyder meydana daxil oldu. Holland ulduz ilk qolun müəllifi olan Emre Çolakı əvəzlədi. 

58. "Qalatasaray"da ikinci dəyişiklik. Umut Bulutu Engin Baytar əvəzlədi. 

59. "Beşiktaş"ın yeni transferi də meydana daxil oldu. Deitinyo Olcayı əvəzlədi. 

61. "Qalatasaray" azlıqda qaldı. Felipe Melo birbaşa "qırmızı" alaraq, meydandan qovuldu. Braziliyalı futbolçu Oğuzhanla mübahisə etdiyinə görə cəzalandı. 

65. Hamitin zərbəsi yenə qeyri-dəqiq alındı. 

66. "Beşiktaş"dan Necip yerdə qalsa da, hakim "davam" dedi. 

69. "Qalatasaray"da sonuncu dəyişiklik. Elmanderi Hakan Balta əvəzlədi.  

73. Veli Kavlak sarı vərəqə ilə cəzalandı. 

75. "Beşiktaş"da Veli Kavlakı Mehmet Akyüz əvəzlədi. 

77. Sabrinin zərbəsi qapıçıda qaldı. 

79. Hilbert Sneyderə qarşı kobud oyuna görə sarı vərəqə ilə cəzalandı. 

80. Rieranın cərimə zərbəsindən ötürdüyü top qapıçıda qaldı. 

82. Növbəri "sarı" Hmait Altıntopa göstərildi. 

87. Deitinyo yerdə qaldı. Qərar cəmirə zərbəsi.

89. Sivok hakimə etiraz etdiyinə görə sarı vərəqə aldı.

90. Bu dəfə də Necip Sneyderə qarşı kobuluğa görə sarı vərəqə ilə cəzalandı.

Oyun başa çatdı. 332-ci böyük derbini "Qalatasaray" qazandı.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail