"Qəbələ" "Dinamo" ilə sülh bağladı

27.01.2013 | 3824 dəfə oxunub

"Qəbələ"nin əvəzedicilərdən ibarət komandası Antalyada ikinci yoxlama oyununu keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər veriir ki, ilk matçda Rusiya "Zenit"i ilə qarşılaşan qırmızı-qaralar bu dəfə eyni ölkəni təmsil edən "Dinamo" ilə qarşılaşıb. 

Matç tərəflərin qarşılıqlı hücumları şəraitində keçib. Oyun güclü külək və yagışla müşayiət olunsa da, maraqlı və baxımlı alınıb. İlk hissə "Qəbələ"nin diktəsi ilə yekunlaşıb. Luis Araqonun yetirmələri 45 dəqiqə ərzində bir neçə təhlükəli epizod yaratsalar da, son vuruşlar hədəfdən yayınıb. 
İkinci hissədə də "Qəbələ" baxımlı oyunla yadda qalıb. Qısa ötürmələrlə rəqibə "top göstərməyən" qırmızı-qaralar final fitinə qədər rəqibi təzyiq altında saxlayıblar. Buna baxmayaraq matçda hesab açılmayıb. Beləliklə, "Qəbələ" Antalyadakı ikinci yoxlama oyunundan qolsuz bərabərliklə ayrılıb.
Xatırladaq ki, Luis Araqonun yetirmələri qardaş ölkədəki son oyununu yanvarın 28-də keçirəcək. Qırmızı-qaralar İsveçrənin "Sent-Qallen" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail