"Türk Telekom Arena"da zirvə döyüşü

27.01.2013 | 3914 dəfə oxunub

Bu gün bütün Türkiyənin diqqəti "Türk Telekom Arena"ya yönələcək. Superliqanın 19-cu turu çərçivəsində möhtəşəm İstanbul derbisi baş tutacaq. Lider "Qalatasaray" ən yaxın izləyicisi "Beşiktaş"ı sınağa çəkəcək. Hazırda komandaların turnir cədvəlində ilk 2 pilləni zətb etməsi bugünkü olan derbiyə olan marağı daha da artırır. Çünki "Qara qartal" səfərdən qələbə ilə dönsə, o zaman Superliqanın yeni lideri olacaq. Yox, 3 xalı "Cim-Bom" qazansa, Terimin yetirmələri rəqiblərindən bir qədər də aralanacaq.

Bu günkü qarşıdurma "Qalatasaray"la "Beşiktaş"ın 332-ci oyunu olacaq. Əvvəlki 331 oyunda üstünlük "Qalatasaray"ın tərəfindədir. "Cim-Bom" 115 dəfə meydandan qələbə ilə ayrılıb. 111 görüşdə qalib aşkarlanmadığı halda, "Beşiktaş" 105 qələbə əldə edib. 331 matçda "Qalatasaray" 465, "Beşiktaş" isə 440 qol vurub.

Komandalar ilk dəfə 1924-cü il, avqustun 22-də qarşılaşıblar. İstanbul Futbol Liqi çərçivəsində baş tutan oyun "Taksim stadionu"nda gerçəkləşib. İlk oyunda "Beşiktaş" qələbə qazanıb. "Qartal" "Aslan"ı 2 cavabsız qolla üstələyib. Həmin görüşdə "Qalatasaray"ın qapısına yol tapan Refik Osman əzəli derbidə ilk qolun müəllifi kimi tarixə düşüb. "Qalatasaray" isə "Beşiktaş"la oyunlarda ilk qələbəsini 1925-ci il, iyulun 31-də əldə edib. Həmin gün İstanbul Futbol Liqainin yarımfinal çərçivəsi baş tutan görüşdə "Cim-Bom" 6:2-lik qələbə qazanıb. Həmin görüşdə hesabı açan Mehmet Leblebi derbi tarixində "Qalatasaray"ın ilk qolunun müəllifi olub. Komandalar arasına baş tutan sonuncu oyun isə cari mövsümün ilk dövrəsində baş tutub. "İnönü"dəki qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Komandaların çempionluqları

Hal-hazırda keçirilən turnirlər

Turnir                                     Beşiktaş    Qalatasaray

Superliqa                                13               18

Türkiyə Kuboku                    9                 14

Türkiyə Super Kuboku         8                 12

Avroliqa (UEFA Kuboku)   0                 1

Avropa Super Kuboku         0                 1      

Cəmi                                       30               46

Tarixin yaddaşına qovuşan turnirlər:

Turnir                                     Beşiktaş    Qalatasaray

İstanbul Futbol Liqi              13               19

İstanbul Şildi                         1                 1

İstanbul Kuboku                             2                 2

Türkiyə Futbol Çempionatı 2                 4

Milli Küme                            3                 1

Başbakanlıq kuboku             6                 5

Spor Toto Kuboku                4                 0

Donanma kuboku                 1                 0

TSYD Kuboku                      12               12

Çelenc kuboku                      1                 0

Atatürk Kuboku                    1                 0

Cəmi                                       46               43

Derbidə ən çox ...

... forma geyən futbolçular

Şeref Görkey "Beşiktaş" 63

Hakkı Yeten "Beşiktaş" 61

... qol vuran futbolçular

Hakkı Yeten "Beşiktaş" 29

Şeref Görkey "Beşiktaş" 26

Gündüz Kılıç "Qalatasaray" 21

Feyyaz Uçar "Beşiktaş" 18

Metin Oktay "Qalatasaray" 15

Kemal Gülçelik "Beşiktaş" 14

Şükrü Gülesin "Beşiktaş" 13

Hakan Şükür "Qalatasaray" 13

Recep Adanır "Beşiktaş" 10

... bir oyunda ən çox qol vuran

Gündüz Kılıç ("Qalatasaray") 5 qol - 30 iyun 1940-cı il - 9:2

Eləcə də "Beşiktaş"lı Hakkı Yeten, Şükrü Gülesin, Recep Adanır və Feyyaz Uçar ilə "Qalatasaray"lı Mehmet Leblebi, Gündüz Kılıç, Eşref Aykaç, Süleyman Tekil, Saffet Sancaklı, Adrian İlye və Milan Baroş 1 oyunda 3 qol vurmağa müvəffəq olublar.

Ən böyükhesablı qələbələr

"Qalatasaray" - "Beşiktaş" 9:2       30 iyun 1940

"Beşiktaş" - "Qalatasaray" 0:6       18 iyul 1997

"Beşiktaş" - "Qalatasaray" 5:0       19 mart 1933

"Beşiktaş" - "Qalatasaray" 5:0       29 dekabr 1940

"Qalatasaray" - "Beşiktaş" 5:1       10 noyabr 1943

"Beşiktaş" - "Qalatasaray" 5:1       14 noyabr 1945

"Beşiktaş" - "Qalatasaray" 5:1       28 mart 1948

"Qalatasaray" - "Beşiktaş" 5:1 6 avqust 1975

Hər iki klubun şərəfini qoruyan futbolçular:

Refik Osman Top ("Beşiktaş" ?-?, "Qalatasaray" ?-?)

Ali Soydan ("Qalatasaray" ?-?, "Beşiktaş" ?-?)

Suat Mamat ("Qalatasaray" 1952-63, "Beşiktaş" 1963-67)

Ali Çoban ("Beşiktaş" 1977-81, "Qalatasaray" 1981-86)

Mirsad Kovaçeviç ("Beşiktaş" 1984-86, "Qalatasaray" 1986-89)

Saffet Sancaklı ("Beşiktaş" 1987-88, "Qalatasaray" 1994-95)

Sərgən Yalçın ("Beşiktaş" 1991-97; 2002-06, "Qalatasaray" 1999-2000; 2001-02)

Ayhan Akman ("Beşiktaş" 1998-2001, "Qalatasaray" 2001-2012)

Ahmet Yıldırım ("Qalatasaray" 1999-2001 , "Beşiktaş" 2001-05)

Emre Aşık ("Qalatasaray" 2000-03; 2006-07; 2008-10 , "Beşiktaş" 2003-06)

Adrian İlye ("Qalatasaray" 1996-98, "Beşiktaş" 2003-04)

Okan Buruk ("Qalatasaray" 1991-2001; 2006-08, "Beşiktaş" 2004-06)

Berkant Göktan ("Qalatasaray" 2001-04, "Beşiktaş" 2004-05)

Mehmet Yozqatlı ("Qalatasaray" 1999-2000, "Beşiktaş" 2007-08)

Gökhan Zan ("Beşiktaş" 2003-09, "Qalatasaray" 2009-...)

Serdar Özkan ("Beşiktaş" 2007-10, "Qalatasaray" 2010-11)

Burak Yılmaz ("Beşiktaş" 2006-2008, "Qalatasaray" 2012-)

Hər iki komandanı çalışdıran məşqçilər:

Leandro Remondini ("Beşiktaş" 1957-58, "Qalatasaray" 1959-61)

Gündüz Kılıç ("Qalatasaray" 1961-63; 1964-67, "Beşiktaş" 1971-72)

Karl-Haynts Feldkamp ("Qalatasaray"1992-93; 2007-08, "Beşiktaş" 1999)

Mirça Luçesku ("Qalatasaray" 2000-02, "Beşiktaş" 2002-04)

Mustafa Dənizli ("Qalatasaray" 1987-89; 1990-92, "Beşiktaş" 2008-10)

Azarkeşsiz derbi

"Qalatasaray"la "Beşiktaş" arasında 2007-08 mövsümündə "Ali Sami Yən"də baş tutan oyun tamaşaçasız keçirilib. "Qalatasaray"ın əvvəlki mövsümdən qalan 5 oyunluq cəzası səbəbiylə tamaşaçasız reallaşan görüş 89 illik rəqabətdə yeganə belə nümunədir.

"Het-trik news"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail